Amerikanın məşhur diyetoloqu Liza Yanq arıqlamaq və ondan sonra kökəlməmək istəyənlər üçün 7 məsləhət verib.
Orqanik.az publika.az-a istinadən xəbər verir ki, o, sərt pəhrizlər, müxtəlif qida növlərindən imtina, xüsusi qarışıqlar və vitamin əlavələri ilə qidalanmanın, yalnız müəyyən vaxtlarda yemək kimi üsulların tərəfdarı deyil. Bu üsullardan bəziləri sizə tez arıqlamağa kömək edəcək, lakin uzun müddətdə təsirli olmayacaq.
Yanqa görə, riayət edilməli ən yaxşı pəhriz davamlı sağlam qidalanma vərdişini formalaşdırmaqdır. Diyetoloq qeyd edib ki, arıqlayanların hamısı üçün uyğun olacaq vahid yanaşma yoxdur, lakin o, ilk növbədə ən çox sevdiyiniz yeməkdən tamamilə imtina etməməyə çağırıb. Bundan əlavə, o, qidalanma planında həyata keçirilə bilən daha 6 tövsiyə verib.
Mütəxəssis qida dəyəri yüksək olan məhsullar seçməyə çalışmağı tövsiyə edir. Bundan əlavə, o, kalori qəbulunu məhdudlaşdırmamağa çalışmağı və pəhrizinizə sağlam qidaları əlavə edə biləcəyinizə diqqət yetirməyi məsləhət görür. Yanq hesab edir ki, yemək yeyərkən tv şoularına baxmaq və sosial hesablarınızı nəzərdən keçirmək doğru deyil, şüurlu və sakit şəkildə yeməyi təşviq edir. O, qırmızı əti vegetarian yeməklərlə əvəz etməyi tövsiyə edir.
Orqanik.az