Arıqlamanın cərrahi üsulları

Çəkinin azaldılması üçün bütün digər üsullar tükəndiyi halda cərrahi üsuldan istifadə edirlər. Əgər digər yolla çəkinin azaldılmasına ümid varsa, onda cərrahiyyə əməliyyatına getmək lazım deyil.

Çəkinin cərrahi yolla azaldılmasının bir neçə üsulu vardır. Məsələn, mədənin bir hissəsinin tikilməsi, mədənin bir hissəsinin kəsilməsi, mədənin daxilinə silikon balonun yerləşdirilməsi və s. Bütün bu əməliyyatların nəticəsində mədənin həcmi xeyli kiçilir, insan az miqdarda qida qəbul edəndən sonra toxluq hiss edir. Nəticədə insan arıqlayır.

Çəkinin cərrahi yolla azaldılmasının ən yayılmış üsulu – liposaksiyadır. Amma həkimlər liposaksiyaya çəkini azaldan əməliyyat kimi yox, bədən formasını yaxşılaşdıran əməliyyat kimi baxırlar. Məhz liposaksiya əməliyyatı, fiziki hərəkətlər və pəhrizlər üçün “çətin” hesab edilən yerlərdən – “qalife” nahiyəsi (budların xarici səthi), yanlardan (sağrı nahiyələri), gövdədən, baldır, diz oynaqları nahiyələrindən piyin təmizlənməsinə imkan verir.

Əməliyyat ümumi narkoz altında, əməliyyatın bədənin hansı hissəsində keçirilməsindən və çıxarılan piyin miqdarından asılı olaraq, adətən 30 dəqiqədən bir neçə saata qədər davam edir. Əməliyyat zamanı 2-5 mm ölçüsündə olan mikrokəsiklərdən dərialtı sahəyə əvvəlcə piyi “əridən” məhlul yeridilir, sonra isə bu piy nazik metal kateter (borucuq) və tozsoranı xatırladan vakuum nasosunun köməyilə sorulur. Bəzən əməliyyat zamanı dərinin artıq hissəsini də kəsmək və tikməyə ehtiyac olur. Bu onunla izah olunur ki, kök adamlarda dəri dartılmış olur, piylərin tez bir zamanda xaric edilməsindən sonra isə o sallanır.

Bu əməliyyata əks göstərişlər bunlardır: ürək və damarların ağır xəstəlikləri, diabet və s. Buna görə də əməliyyatdan qabaq pasiyent geniş şəkildə tibbi müayinələrdən keçirilir. Liposaksiya əməliyyatı qarında, döşdə, baldırlarda, kürəkdə, qollarda, dizətrafı sahədə, buxaq nahiyəsində, yanaqlarda edilə bilər.

Liposaksiya əməliyyatını yalnız bu sahədə böyük təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislərə etibar etmək olar. Əks halda, xoşagəlməz estetik fəsadlar ola bilər: dəridə çalalar, batıqlar və s. Cərrahın professionallığından başqa, əməliyyatın nəticəsinə qadının fərdi xüsusiyyətləri – onun dərisinin yığılma qabiliyyəti və s. də təsir göstərir.

Liposaksiyaya və ya xarici görünüşünüzü yaxşılaşdırmaq üçün başqa bir əməliyyata getdikdə, əməliyyatın sizə nə dərəcədə vacib olduğunu yaxşıca fikirləşin. Çünki istənilən əməliyyat riskdir və müəyyən ağırlaşmalar, əlavə effektlər də verə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.