Ardıc yağı, ümumiyyətlə ardıc bitkisinin otundan əldə edilir. Ardıc otunun bir sıra əməliyyatlardan keçməsi nəticəsində ardıc yağı alınır. Sağlamlığımız üçün saysız-hesabsız faydası olan bu yağ xüsusilə alternativ tibb üsullarıyla müxtəlif məqsədlərdə istifadə edilir.
Ardıc yağının faydaları…
Sinuzitə bağlı baş ağrıları:
Ardıc yağının ağrı kəsici təsiri var. Sinuzitlə bağlı olaraq inkişaf edən baş ağrılarına ardıc yağının şəfa olduğu məlumdur.
Necə istifadə edilər?
Ağrı inkişaf edən bölgəyə ardıc yağından bir miqdar sürtərək ağrının şiddətinin azalmasını təmin edə bilərsiniz.
Bronxit müalicəsində:
Bronxit xəstəliyi olan insanlarda da yenə ağız yoluyla, ya da burun yoluyla ardıc yağı istifadə edilir.
Revmatizm müalicəsində:
Ardıc yağı ayaqda maqnezium çatışmazlığından meydana gələn ağrılara qarşı yaxşı təsir edir. Ardıc yağını ağrı olan bölgəyə masaj edərək tətbiq edə bilərsiniz.
Qanı təmizləmə təsiri
Bədəndəki qanın təmizlənməsi, ağır metallardan da eyni zamanda təmizlənərək ürəyə təmiz bir şəkildə qanın vurulması deməkdir. Ardıc yağını istifadə edərək qanın təmizlənməsini təmin edə bilərsiniz.
Orqanik.az