Su aerobikası hamilələr üçün 9 ay ərzində divanda uzanmaq deyil, əksinə sağlamlıq üçün çox faydalı olan, aktiv və əyləncəli bir məşğuliyyətdir.
Hamilə qadın uzun müddət hərəkət etməzsə, onun iştahı pisləşər və çəki almağı zəifləyər, əhval-ruhiyyəsi aşağı düşəcəkdir.
Hovuzda aerobika ilə məşğul olan hamilə qadınlar, bədənlərində sanki massaj hiss edirlər ki, bu da qan dövranını yaxşılaşdırır və daxili orqanların fəaliyyətini stimullaşdırır.
Su gimnastikası qadınlara müxtəlif növ dəri dartınmalarının, varikoz damarlarının inkişafını və hətta selülitin qarşısını alır.
Aqua aerobikanın əsas üstünlükləri arasında aşağıdakıları qeyd etmək lazımdır:
Onurğa sütununun elastikliyini artırır,
Ürək bulanmaları aradan qaldırır,
Hamilə qadının psixo-emosional vəziyyətinə müsbət təsir edir,
Əzələlərin məşqi baş verir.
Əgər həmiləlyin son aylarındasınızsa körpə hələ də çevrilməmişsə, ümidsiz olmayın. Aerobik məşqlər sayəsində, hamiləliyin son aylrında, doğuşdan əvvəl, körpə düzgün mövqesini ala bilər.
Aqua aerobikanın bir üstünlüyüdə ondadır ki, nəfəsinizi idarə etmək bacarığını formalaşdırır. Aeroaerobika zamanı təlimatçı qadınlara nəfəsini düzgün alıb – düzgün şəkildə verməyi öyrədir.
Bu cəhdlərin öyrənilməsi doğuş zamanı rahat doğuş prosesi üçün faydalıdır.
Orqanik.az