Almaniya alimləri Ekstrem buzlaq şelfinin altında çox sayda və növdə qədim nadir orqanizmlər aşkarlayıb.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, Alfred Vegenerin dəniz tədqiqatları institutunun əməkdaşları Antarktida buzlaqlarında dəniz dibini araşdırarkən, işıqdan uzaq sahədə canlı orqanizmlər tapıblar.
Əldə olunmuş nümunələrdə 77 adda flora fauna növləri var.
“Ekstremal şəraitdə, çox soyuq yerdə bu qədər sayda həyat əlamətlərinin tapılması çox gözlənilməzdir və bizə Antarktidanın unikallığını bir daha sübut edir.
Alimlər bu tapıntıya Həyat xəzinəsi adı veriblər. Eləcə də Antarktidanın buzlaq ekosisteminin düşünüldüyündən də qədim olması sübut olunub. Əldə olunan fraqmentlərin 5800 il yaşı var.
Orqanik.az