İnsan dad və iy bilmək qabiliyyətini itirərsə həyat ona maraqsız hala gələr. Təəssüf ki, hər 100 nəfərdən beşi bu problemlə üzləşir.
İmmunitet.az xəbər verir ki, türkiyəli qulaq-burun-boğaz mütəxəssisi Melih Çiçək anosmiya xəstəliyi haqqında danışıb:
“Dad və qoxu duyumu yaşamağın mühüm parçasıdır. Anosmiya xəstələrinin bir çox restoranlardan üz döndərirlər. Həyatda çətinliklə üzləşirlər.
Bəzən qoxu qabiliyyətinin itkisinin səbəbi tapılmır. Ən çox yayılan səbəbləri isə aşağıdakılardır:
Baş yaralanması
Ağır infeksiyalar, soyuqlama və ya qrip
Allergiyalar, sinüzit
Fiziki anormallıqlar
Bəzi dərmanlar
Hormonal problemlər
Diş və ya ağız problemləri
Kimyəvi maddələrə məruz qalmaq
Narkotikadan istifadə
Siqaret çəkmək
Bəzi digər tibbi problemlər, məsələn, epilepsiya, ahzhemir xəstəliyi, şizofreniya kimi xəstəliklərin qoxu almaq duyğusuna təsir edir.
Nadir hallarda bəzi xərçəng növləri də anosmiya yarada bilər.
Bəs hansı dərmanlar dad alma qabiliyyətinə mənfi təsir göstərir?
Antibiotiklər
Parkinson xəstəliyi
Miqrendə istifadə edilən dərmanlar
Əzələ genişləndirici dərmanlar
Təzyiq dərmanları
Tiroid həbləri”
Nə zaman həkimə müayinəyə gedilməlidir?
Bu funksiyanın müvəqqəti itkisinə səbəb olan bəzi vəziyyətlər yarana bilər. Məsələn, soyuqlama zaman itə bilər ki, adətən iki həftə sonra geri dönər. Əgər qalıcı olmağından narahatsınızsa həkimə gedilməlidir.
Bu zaman həkim geniş müayinə edəcək. Burun, ağız, boynunuzu yoxlayacaq. Sonra Lor həkiminə yönləndirməyə ehtiyac olub-olmadığını bildirəcəkdir.
Orqanik.az