Heyvanların insanlara təsir edə bilməsini tibb işçiləri qədim zamanlardan təsdiq ediblər. Hippokratın əlyazmalarında da bu barədə qeydlərə rast gəlmək mümkündür. Hippokrat öz xəstələinə at miməyi və atla gəzməyi məsləhət bilmişdir. O bunun sinir sisteminin möhkəmləndirdiyini və orqanizmin həyat tonusunu yüksəltdiyini öz əlyazmalarında qeyd etmişdir.
Müasir tibb elmi də heyvanlarla müalicənin effektli olmasənı təsdiq edir. Aşağıdakı heyvan növləri ilə müalicələrə daha çox üstünlük verilir.
Delfinoterapiya Delfinlə müalicə
Delfinlə müalicə üsulundan ən çox uşaq serebral iflicindən əziyyət çəkənlər, Daun sindromlu xəstələr, autuzmli xəstələr, oliqofreniyadan əziyyət çəkənlər istifadə edirlər. Delfinlə müalifə xəstələrə fiziki və emosional zədələrdən xilas olmağa yardım edir. Bu müalicə vasitəsi neyrosensor xəstəlikdən, depressiyadan, nevrozlardan, yaddaşsızlıqdan, elmi gərilikdən əziyyət çəkən adamlara da tətbiq edildikdə öz effektini verir.
Delfinlə müalicə metodunu onkoloji xəstəliklər, epilepsiya və kəskin infeksion xəstəliklər zamanı tətbiq etmək olmaz.
İppoterapiya Atla müalicə
Atlarla müalicə fizioterapiya müalicə vasitələrindən biri hesab edilir. Atla müalicə zamanı müalicənin effekti heyvanla kontaktdan sonra insanın emosiyalarının yüksəlməsi ilə özünü göstərir. At sürən adamın bütün əzələləri hərəkət edir. Bu zaman insan müvazinatını saxlaya bilməyi öyrənir,onun hərəkət sistemi daha fəal olur, prostat vəzi böyümür, böyrəklərindki qumlar asanlıqla tökülür. İppoterapiya müalicə növündən aşağıdakı xəstəliklərdə daha geniş istifadə edilir:
* serebral iflic
* beyin qan dövranının pozulması
* aşağı ətrafların hissiyyat pozğunluqları
* ifliclər
* miopatoyalar
* qıcolma
* skleroz
* ptostatit
Müalicə məqsədilə almaq istənilən effekt nəinki, atla gəzən zaman, hətta, atı yedirən, çimizdirən zaman da əldə etmək mümkün olur.
Kanisterapiya İtlə müalicə
İtlər ən çox sosiallaşmış heyvanlardandır. Onlar öz sahiblərinə istilik və sadiqlik nümayiş etdirən heyvanlardır. İtlərlə müalicə metodundan autuzmli, oliqofreniyalı xəstələr, Daun sindromlu xəstələr, anadangəlmə ağır patologiyalardan əziyyət çəkən uşaqların müalicəsində tətbiq edilir. İtlərlə müalicə üsuıundan ən çox tənhalıqdan əziyyət çəkənlər, fiziki qüsurlu xəstələr istifadə edilir. Ən çox ABŞ-da belə xəstələrə kömək etmək üçün xüsusi itlər yetişdirilir.
Evdə it saxlamaq da normal ailə əlaqələrinin möhkəmlənməsinə səbəb ola bilir. Hər gün itlə açıq havada gəzmək insanın sinir sistemini sakitləşdirir, immun sistemini möhkəmləndirir.
Felinoterapiya Pişiklərlə müalicə
Pişiyi olan hər bir şəxs onun stressi aradan qaldıra bilmək qabiliyyti olduğunu bilir. Əgər pişiyin sahibinin bir yeri ağrayarsa o zaman pişik həmin yerə toxunduqda ağrı hissi aradan qalxır. Pişik ağrını aradan göterməklə yanaşı, orqanizmdəki gərginliyi də aradan qaldırır, arterial təzyiqi aşağı salır. Pişiklər insanlarda olan aqressiyanı aradan qaldıra bilir.
Felinoterapiyadan nevroz, depressiya xəstələrini, maniyalardan, fobiyalardan əziyyət çəkənləri, şizofreniyalı xəstələri müalicə etmək mümkün olur.
Apiterapiya Arı ilə müalicə
Bəzən arı məhsullarının hamısından müalicə vasitəsi kimi istifadə edilir. Arı və arı məhsulları ilə müalicə götürərkən orqanizmin allergiya reaksiyasını diqqətdən qaçırmaq lazım deyil.
Arı ilə müalicə zamanı arı sancması tətbiq edilir. Bu zaman arının zəhəri zədələnmiş toxumaya yedirilir. Arı zəhərinin müalicəvi xüsusiyyətləri çox fərqlidir. Arı zəhəri periferik damarları genəldir,orqan və toxumalarda qan dövranını yaxşılaşdırır, qanın tərkibini normallaşdırır(EÇS-i aşağı salır, hemoqlobini artırır, laxtalanmanı azaldır). Arı sancması ilə müalicədən sonra arterial təzyiq aşağı düşür, ürəyin və böyrəklərin fəaliyyəti yaxşılaşır. Ən çox da böyrəküstü vəzin və hipofizin fəaliyyəti yaxşılaşır, orqanizmin müdafiə qüvvəsi yüksəlir. Arı sancması ilə aşağıdakı xəstəliklər müalicə edilir.
* müxtəlif formalı poliartritlər
* deformasiyalı artroz
* revmatik xəstəliklər
* nevralgiyalar, radikulitlər, nevritlər
* damar xəstəlikləri
* bronxial astma
* miqren
* yüksək təzyiq
* trofik yaralar
Arı sancmasının bir çox xəstəliklərd əfaydası olmasına baxmayaraq onu hamıya tətbiq eləmək olmur. Arı və arı məhsullarına qarşı allergiyası olan adamlara, psixi xəstələrə, kəskin infeksiya xəstələrinə, qaraciyər və mədəaltı vəzi xəstələrinə, qanın laxtalanma qabiliyyəti olmayan adamlara bu müalicə metodundan istifadə etmək məsləhət görülmür. Müalicəni həkim təyin edir və müalicə kursu 1-15 prosedurdan ibarət olur.
Hirudoterapiya Zəli ilə müalicə
Bu müalicənin tarixi bir-neçə əsrlər qabağa gedir. Müalicə zamani zəli kapilyarlarda olan qanı sorur. Müalicənin ağrıkəsici və iltihabəleyhinə təsiri vardır. Hirudoterapiya stenokardiya, miokard infarktı, arterial təzyiq zamanı,varikoz genəlmələrdə, tromboflebit, nevrit, qlaukoma, qadın xəstəlikləri zamanı çox faydalıdır.
Orqanik.az