Anemiya- orqanizmdə toxuma və orqanları oksigenlə təmin edən kifayət qədər qan hüceyrəsi olmadığı zaman yaranan sağlamlıq problemidir. Qan dövranı sistemində qan hüceyrələrinin sayının azalması anemiya adlanır. Adətən 1-6 yaş arası uşaqlarda müşahidə olunur.
İnsanlar arasında sadə bir xəstəlik kimi görünsə də anemiyanın həyati təhlükəsi olan fəsadlara səbəb ola biləcəyini dərk etmək lazımdır. Dəmir çatışmazlığı anemiyanın bir növüdür. Normalda qırmızı qan hüceyrələrimizə rəng verən və qanımızda oksigeni daşıyan molekul hemoglobindir. Dəmir hemoglobinin əsas maddəsini təşkil edən elementdir. Dəmir çatışmazlığı, dəmirin kifayət qədər qəbul edilməməsi, hər hansı bir orqanımızdan qanaxma, dəmirin udulmasını pozan xroniki ishal və qurğuşun zəhərlənməsi hallarında baş verə bilər.
Bəs anemiya nədir, qan azlığına hansı qidalar faydalıdır? Anemiyanın qarşısını almağın yolları hansılardır? Anemiyaya yaxşı təsir edən qidalar və içkilər hansılardır? Evdar.az anemiyaya yaxşı təsir edən qidaların siyahısını təqdim edir.
İÇİNDƏKİLƏR
- 1 1.Taxıllı məhsullar
- 2 2. Tərkibində dəmir olan qidalar
- 3 3. Dəniz məhsulları
- 4 4. Paxlalılar
- 5 5. Tərəvəz
- 6 6. Meyvələr
- 7 7. Çərəz
- 8 8. Çuğundur şirəsi
- 9 9. Turp şirəsi
- 10 10. Böyürtkən şirəsi
- 11 11. Bəkməz qarışığı
- 12 Anemiya Zəkanın İnkişafına Təsir edir
- 13 Anemiyanın qarşısını almaq üçün nə etmək lazımdır?
1.Taxıllı məhsullar
Düyü, buğda, çovdar, qarğıdalı və yulaf anemiyaya yaxşı təsir edir.
2. Tərkibində dəmir olan qidalar
Qırmızı ət növləri, ispanaq, pazı, bəkməz, balıq, alma, toyuq və yaşıl yarpaqlı tərəvəzlər dəmir tərkibli qidalar arasındadır.
3. Dəniz məhsulları
Kilkə balığı (hamsi), sardina, skumbriya, istiridye, karides (krevetka), midye, tuna, balıq yağı və qızılbalıq.
4. Paxlalılar
Noxud, mərcimək, lobya, barbunya.
5. Tərəvəz
Adətən yaşıl yarpaqlı tərəvəzlər, qulançar, brokoli, noxud, yaşıl bibər.
6. Meyvələr
Qara tut, böyürtkən, çiyələk, portağal, qaragilə, banan və qarağat.
7. Çərəz
Qoz, fındıq, badam, kişmiş, əncir qurusu və gavalı anemiyaya faydalı qidalar arasındadır.
8. Çuğundur şirəsi
Tərkibində bol dəmir olan çuğundur qan azlığına yaxşı təsir edən qidalardan biridir. Çuğundur şirəsini hazırlamaq üçün 1 ədəd çuğundur və 1 ədəd yerkökünü şirəçəkəndən keçirib qarışdırın. Üzərinə 1 stəkan su əlavə edib köpüklənənə qədər qarışdırb gözləmədən için.
9. Turp şirəsi
Yorğunluq və yuxusuzluq kimi problemlərdən qurtulmağa yaxşı təsir edən turp qan azlığına qarşı təbii müdafiəçidir. Turp suyunu hazırlamaq üçün 2 ovuc ispanaq, 4 budaq tərə, 4 ədəd turpu şirəçəkəndən keçirin və üzərinə 1 stəkan əlavə edib qarışdırın. Səhər yeməyindən əvvəl istifadə edilməsi tövsiyə olunur.
10. Böyürtkən şirəsi
Qırmızı meyvələr qan azlığının müalicəsində çox əhəmiyyətli təsirlərə malikdir. Böyürtkən şirəsini hazırlamaq üçün 4 ədəd çiyələk və 3 ədəd böyürtkəni blenderdən keçirin. Üzərinə doğranmış 1 ədəd doğranmış alma və yarım stəkan su əlavə edib yaxşıca qarışdırın. Səhər yeməyindən sonra için.
11. Bəkməz qarışığı
Anemiyanın müalicəsində ən çox tövsiyə olunan qida bəkməzdir. Hər səhər acqarına bir qaşıq bəkməz yeyərək anemiyanın müalicəsinə başlaya bilərsiniz. Bəkməz içkisi hazırlamaq üçün: 3 xörək qaşığı bəkməzi bir stəkan soyuq suya əlavə edib üzərinə yarım limon sıxıb qarışdırın.
Anemiya Zəkanın İnkişafına Təsir edir
Dəmir çatışmazlığı əslində anemiyanın ən çox yayılmış növüdür. Kişilərin 20%, qadınların 35%, hamilə qadınların 50%, körpə və uşaqların 50-60% -ində müşahidə olunur. Hadisəyə hamiləlik üçün baxdığımızda demək olar ki, hər iki hamilə qadından birində dəmir çatışmazlığı görülür. Ölkəmizdə 0-1 yaşlı uşaqların yarısında, məktəb yaşlı uşaqların isə üçdə birində qan azlığı var. Normal doğum çəkisi olan körpələrdə ilk 6 ay ərzində hər iki dəmir ehtiyatı kifayətdir və ana südündən dəmirin udma qabiliyyəti yüksəkdir. Ancaq 6 aydan sonra çəkisinin doğum ağırlığının iki dəfə artması və əlavə qidalara keçidlə dəmirə ehtiyac artır. 6-24 ay dəmir ehtiyacının ən yüksək olduğu dövrlərdir. Çünki ən sürətli böyümə dövrüdür.
Anemiya uzun müddətdə öyrənmə, zəka və qavrayış funksiyalarına mənfi təsir göstərir. Bu, aşağı məktəb müvəffəqiyyəti, diqqətsizlik və zəif konsentrasiya qabiliyyəti olan uşaqlara səbəb olur. Dəmir çatışmazlığından qaynaqlanan anemiya səbəbiylə halsızlıq, yorğunluq, kiçik bir səylə nəfəs darlığı, başgicəllənmə kimi şikayətlər də ola bilər. Daha dərin qan azlığı problemi olanlarda dodaqlarda çatlar, dildə yanma və ağrılı udma kimi həzm problemlərinə səbəb ola bilər. Bəzi xəstələrdə torpaq yemək və buz yemək kimi simptomlar verə bilər. Dəmirin ən zəngin mənbələri qırmızı ət və paxlalılardır. Bundan əlavə, dəmir yumurta, bəkməz, kişmiş və yaşıl yarpaqlı tərəvəzlər kimi meyvələrdə boldur. Çay, qəhvə, süd və qatıq dəmirin udulmasını azaldır. Vitamin C dəmirin istifadəsini artırır. Yeməkdən dərhal sonra çay və kofe içmək yaxşı vərdiş deyil. Əgər bu içkilər bəyənilirsə, yeməkdən ən azı 3-4 saat sonra içmək daha sağlamdır. Yenə anemiya problemi olanlar yeməklə deyil, yeməklər arasında süd-qatıq yemək daha doğrudur. Xüsusilə tərkibində ət və yumurta olan yeməklərlə bol limonlu salat yemək, bu qidalardakı dəmirin orqanizmimiz üçün bioyararlılığını artırır. Bundan əlavə, dəmir çatışmazlığından qaynaqlanan qanazlığı tək qida ilə düzəldilə bilməz, tibbi müalicə mütləq həkim nəzarəti altında aparılmalıdır.
Anemiyanın qarşısını almaq üçün nə etmək lazımdır?
Anemiyanın qarşısını almaq üçün müntəzəm və balanslı qidalanma lazımdır. Gündəlik protein, dəmir və sink ehtiyaclarını qarşılayacaq qidalar istehlak edilməlidir.
- Kofeinli içkilər yeməkdən əvvəl və sonra istehlak edilməməlidir.
- Dəmlənmiş çay əvəzinə açıq çaya üstünlük verilməli və limonla içilməlidir.
- Həkimin tövsiyə etdiyi qan hüceyrələrini artıran dərmanlar istifadə edilə bilər.
- Qırmızı ət, balıq və tərkibində dəmir olan tərəvəzlər daxil edilməlidir.