Həkimlər bir qaşıq vasitəsilə sağlamlığımız barədə məlumat toplamağın yollarını öyrədir.
Orqanik.az lent.az-a istinadla maraqlı metodu sizinlə bölüşür.
Səhər-səhər acqarına yemək qaşığını dilinizlə isladın. Sonra həmin qaşığı təmiz bir plastik torbanın içinə qoyub, bir neçə dəqiqə güclü işıq altında saxlayın.
5 dəqiqə sonra qaşığı çıxarın. Onun üzərində iz və pis iyi yoxdursa, bu daxili orqanların sağlam olmasından xəbər verir.
Qaşıqdan güclü çürük iyi gəlirsə, bu qaraciyər və mədə probleminə işarədir. Üzərində sarı izlər və acı bir iy öd kisənizin problemli olması anlamına gəlir. Şirin iy gəlirsə, diabet olma ehtimalınız var. Amonyak iyi gəlirsə, bu böyrəklərdəki problemlərdən xəbər verir.
Orqanik.az