“Uşaqda qurd olduğunu düşünürsünüzsə, əvvəlcə onda əlamətlərin olub-olmadığını yoxlayın”.
Həkim-pediatr Günay Rəsulova bu barədə məlumat verib.
Həkimin sözlərinə görə, qurd xəstəliyini dəqiqləşdirmək üçün analiz nəcisdən verilməlidir:
“Lakin hər analizində qurd görünən uşağı müalicə etmək lazım deyil. Qurd əlamətləri yoxdursa, deməli, müalicə vacib deyil. Hər insan, hər uşaq qurda yoluxa bilər, amma hər insanda qurd xəstəliyi olmaz”.
G.Rəsulova qeyd edib ki, analizində hər qurd çıxan uşağa dərman verilməməlidir. Müayinə zamanı qurd xəstəliyi olan uşaqlara isə qurd dərmanı (maksimum 1 tabletka) yazılmalıdır.
Orqanik.az