Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir.
Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?
Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:
1. Yumurta – tərkibindəki A, C və E vitamini, yod, fosfor, sink mineralları ilə ən önəmli protein qaynaqlarından biridir. Süd verən ananın həftədə 2-3 dəfə yağda bişirməmək şərti ilə yeməsi lazımdır. Körpənin böyüməsində xüsusi rolu olan protein ana südündə də artmış olacaq. Qatıq tərkibindəki kalsium fosfor nisbəti ilə vazkeçilməz bir qidadır. Körpənin sümük və diş sağlamlığı üçün son dərəcə önəmli rol oynayır. Ana enerji ehtiyacına görə, gündə 2-3 stəkan qatıq yeməlidir. Tünd yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, cəfəri, şüyüd, nanə, kələm, brokolinin yeyilməsi ilə fol turşusu kimi bir çox vitamin artır və irəlidə anada anemiya riskini əngəlləyir. Eyni zamanda fol turşusunun körpələrdə iflic kimi problemlərin qarşısını aldığı görülüb.
2. Yağlı çərəzlər – Fındıq, qoz, badam kimi yağlı toxumlar zəngin yağ asidi, vitamin və mineral birləşimi ilə ön plana çıxır. Südün daha keyfiyyətli olmasına və körpənin sinir inkişafına dəstək olur.
3. Zeytun və zeytun yağı – Yağ asit tərkibi ilə gündəlik yemək, salatlarda istifadə olunmaqla anadan körpəyə nizamlı yağ asidi ifrazı yaşanır. Uşağın immunitet sistemini gücləndirdiyindən qaz, köp, qəbzlik problemi olan körpələr üçün faydalıdır.
4. Balıq – Ürək-damar xəstəliklərindən beyin inkişafına, immunitetin gücləndirilməsindən diabetə kimi bir çox faydaları olan balığın körpənin beyin və görmə inkişafında da xüsusi faydası var. Anaların mövsümə uyğun olan balığı həftədə 2-3 dəfə yeməsi, qızartma şəklində deyil, sobada bişirilməsi məsləhətdir.
5. Qırmızı ət – Dəmir körpənin sağlam böyüməsi və inkişafı üçün çox önəmlidir. Bu cür vazkeçilməz bir mineral isə daha çox qırmızı ətin tərkibindədir. İnfeksiyalara yoluxma riskini aşağı salır və körpənin immunitetini gücləndirir.
Analar həftədə 3-4 dəfə qırmızı ət yeməlidir.
6. Quru paxlalılar – Doğumdan etibarən iki yaşına qədər olan müddət körpənin böyüməsi və inkişafı üçün çox önəmli müddətdir. Noxud, mərci, lobya son dərəcə yüksək keyfiyyətli protein tərkibli quru paxlalılardır. Həftədə 2-3 dəfə yeyilməlidir. Lakin bu məhsullar anada köpə və meteorizmə səbəb olursa, onlardan imtina etmək lazımdır.
7. Quru meyvələr – Tərkibindəki lif, mineral, vitamin, fitoelementlərlə süd vermə dövründə artan ehtiyacların qarşılanmasına kömək edir.
Bundan əlavə südü artırmaq üçün ana kifayət qədər maye qəbul etməlidir.
Orqanik.az