ALS xəstəliyi haqqında

Hal hazırda İnternetdə biz dünyanın ən tanınmış və ya heç tanınmayan insanların  başına su tökməyinin səhnənələrini izləyirik.

Bu bütün dünyanı bürüyən “icebucketchallenge” (“aysbaketçalenc”) aksiyasıdır. Aksiyanın əsas məqsədi insanları amiotrofik skleroz (ALS) xəstəliyi haqqında məlumatlandırmaq və xəstəliyə düçar olmuş insanlara kömək etməkdir.

Hər hansı bir insan başına bir vedrə buzlu su tökür, bu səhnəni çəkib İnternetdə yayımlayır və çəkdiyi videoda digər bir insanın adını çəkərək bu aksiyaya qoşulmağa dəvət edir. Əgər adı çəkilmiş insan aksiyadan yayınarsa, o, amiotrofik sklerozla (xaricdə bu xəstəlik Lu Qerinq xəstəliyi kimi tanınır) mübarizə üçün yaradılan xeyriyyə fondlardan birinə pul keçirtməlidir. Bu aksiyanın şərtləridir.

Amiotrofik skleroz kifayət qədər nadir, lakin çox ağır xəstəlikdir. Hər il dünyada 100 000 insanlardan təxminən 1-2-ində bu xəstəlik inkişaf edir. Adətən xəstəliyə 40-60 yaş arası olan insanlar tutulur. Bu xəstəliyə düçar olmuş insanların 90%-i 5 il ərzində həlak olur. Xəstələrdə çox ağır pozulmalar inkişaf edir – bütün bədən əzələləri tədricən beyinin nəzarətindən çıxır. Buna səbəb beyindən əzələlərə impulsları keçirdən neyronların (sinir sistemi hüceyrələri) məhv olmasıdır.

Xəstəliyin əvvəlində insan əzələlərdə keyimə, gıcolmalar, ətraflarda zəiflik hiss edir, güclə danışır. Daha sonra xəstənin əzələləri tam donur – xəstə heç bir hərəkət edə bilmir (gəzə bilmir, dura bilmir və s.), güclə fikirləşir. Müəyyən anda nəfəsalma əzələləri də keyiməyə başlayır ki, insan boğulmağa başlayır. Həyatın sonuna kimi xəstə müstəqil şəkildə nəfəs ala bilmir (bunu xəstənin əvəzinə ağ ciyərlərin süni ventilyasiyası apparatı edir), süni yolu ilə qidalanır.

Bu ağır xəstəliyin səbəbləri məlum deyil, təsirli müalicə metodları da tapılmayıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.