Almanın bu faydaları da varmış. Mütləq oxuyun!

Almanın bu faydaları da varmış. Mütləq oxuyun!Ən əlçatan və ucuz meyvələrdən biri olan almanın bilmədiyimiz faydaları da var.

Tanınmış rusiyalı diyetoloq Oksana Skitalinskaya almanı hər gün istehlak etməyi tövsiyə edir.

Alma ürək-damar sistemi üçün çox faydalıdır, bağırsaqların normal fəaliyyətini təmin edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

Bununla yanaşı alma yuxusuzluq problemində də kömək edə bilər. Alma orqanizmdə “yuxu hormonu” adlandırılan melatoninin ifrazını stimullaşdırır. Melatonin həmçinin orqanizmə cavanlaşdırıcı təsir edir, immun sistemini möhkəmləndirir, xərçəng və ürək xəstəliklərin riskini azaldır.

Həmçinin almanı təbii antidepressant hesab etmək olar. Almanın tərkbində olan fitonutriyentlər orqanizmdə serotonin və dofamin neyromediatorların səviyyəsini artırır. Bu 2 neyromediator bizim yaxşı əhvalımız və yüksək iş qabiliyyətimizi təmin edir, depressiyadan qoruyur.

Annals of Oncology jurnalıda dərc olunmuş məqalədə alimlər qadınlara süd vəzi xərçənginin riskini azaltmaq üçün hər gün alma yeməyi tövsiyə edirlər. Araşdırma göstərib ki, hər gün bir neçə alma yeyən qadınlarda bu xərçəng növünün riski 24% azalır. Həmçinin almanın müntəzəm istehlakı yumurtalıqlar, bağırsaq və mədəaltı vəzi xərçənginin riskini də azaldır.

Diyetoloq almanı qabıqlı şəkildə yeməyi tövsiyə edir ki, məhz almanın qabığı antioksidant və fitonutriyentlərlə xüsusilə zəngindir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.