Bəzi hallarda allergiya əlamətləri ilə müşayiət olunan simptomlar digər xəstəliklərin əlamətləri olur. Amma allergiyanın özünün törətdiyi əlamətlər və patolgiyaları nəzərə alaraq aşağıdakı allergiya xəstəliklərinin adlarını çəkmək olar:
Bişməcə – dəri üzərində qızartılarla müşayət olunan allergik xəstəlikdir.
Bronxit – allergiya səbəli əmələ gələn, bronxların iltihablaşması ilə nəticələnən allergik xəstəlikdir.
Sinusit – infeksiya və kimyəvi maddələrin, sinirlərin qıcıqlanması səbəli əmələ gələn allergik xəstəlikdir.
Dərman allergiyası – orqanizmin bəzi dərman preparatlarına qarşı verdiyi allergik reaksiyadır.
Qaşınma – yerli və ya bütün bədəndə müxtəlif səbəblərdən əmələ gələ bilən allergik xəstəlikdir.
Ağız gəlməsi – ağız boşluğunun hansısa bir yad cismə qarşı verdiyi allergik reaksiyadır.
Qurdeşən – dərinin müxtəlif nahiyələrinin qabarıb-qızarması ilə müşayət olunan allergik xəstəlikdir.
Rinit – burunda qaşınma, asqırma, burun axması ilə müşayət olunan allergik xəstəlikdir.
Konyuktivit – gözlərdə qaşıntı, qızartı, geyişmə və yaş axması il müşayiət edilən allergik xəstəlikdir.
Blefrit – gözün allergiyası səbəbindən göz qapaqlarının iltihablaşmasıdır.
Dermatit – dəridə qızartı və qabarmalarla müşayiət olunan allergik xəstəlikdir.
Keratosis pilaris – saç köklərinin iltihablaşması və baş qaşınması ilə müşayiət olunan allergik xəstəlikdir.
Quru dəri – bəzi sabunların dəridə yaratdığı allergik simptomdur.
Qida allergiyası – müxtəlif qidalara qarşı orqanizmin verdiyiy allergiya reaksiyasıdır.
Astma – müxtəlif allergiya xəstəliklərinin ağırlaşmasıdır.
Kontakt dermatit – hansısa bir yerə toxunan zaman orqanizmin verdiyi allergik reaksiyadır.
Anafilaktik şok – ən çox dərman və qida allergiyalarının verdiyi ağırlaşmadır. Anafilaktik şok ölümə səbəb ola bilir.
Orqanik.az