Allergiya ciddi bir xəstəlik olub, ilin bütün fəslində sizin üçün problem yarada bilər. Ən çox isə yaz fəslində özünü büruzə verir.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, allergiyanın nədən yarandığını müəyyən etmək üçün ilk növbədə həkimə müraciət olunmalıdır. Daha sonra isə müalicə ilə yanaşı bəzi məqamlara da diqqət edilməlidir:
Allergiyadan əziyyət çəkənlər səhər saat 5-10 arası havaya çıxmamağa çalışsın. Gəzmək, qaçmaq kimi istəklərinizi gec saatlarda edin. Səhər günəşi və ya nəmişlik allergiyanı artırır. Həm də günün həmin saatında orqanizm daha da həssas olur.
Qızılağac, fındıq, zeytun, arpa, buğda, yulaf olan yerlərdə dolaşmayın. Allergiyanı qıcıqlandıran amillər sırasındadırlar.
Fərqli mövsümdə bitən bitkilərin əksəriyyəti də allergiyanın düşmənidir. Ona görə də yazda bitən zəncirotundan uzaq olun. Çalışın ona toxunmayasınız.
Yağış yağdıqdan sonra ən az 2 saat havada gəzməyin. Bu da allergiyası və astması olanlar üçün ziyandır.
Yatmazdan əvvəl burun dəliklərinizi damcı, su ilə təmizləyin.
Evdə xalçaların altını həfətdə ən az iki dəfə təmizləməlisiniz.
Yataq dəstinizi 60 dərəcə istidə yuyun. Bu, mikrobların tamam yox olmasına köməke dəcək.
Orqanik.az