Metilasiyanı dəstəkləyən pəhriz və idman insanın bioloji yaşını səkkiz həftəyə qədər azalda bilər.
Orqanik.az xəbər verir ki, bu sözləri Funksional Tibb İnstitutunun amerikalı alimləri bildirib. Onların araşdırması “Aging” jurnalında dərc olunub.
Araşdırmada 50-72 yaş arası kişilər iştirak edib. Onlar səkkiz həftə ərzində metilasiyanı, DNT molekulunun dəyişdirilməsi prosesini dəstəkləyən pəhriz saxlayıb. Bu, fol turşusu, betain, A və C vitaminləri ilə zəngin qidalar yeməkdən ibarət meynu olub. Bundan əlavə, tədqiqat iştirakçılarına yuxu rejimi və zəruri fiziki fəaliyyətlə bağlı məsləhətlər verilib.
Bioloji yaş qan nümunələrindən istifadə etməklə Horvath DNAmAge metodu ilə qiymətləndirilib. Nəticədə məlum olub ki, adi rejimdə yaşayan insanlarla müqayisədə araşdırma iştirakçılarının bioloji yaşı azalıb.
Orqanik.az