Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xəstəxanalardakı infeksiyaların 70 faizi çirkli əllərdən əmələ gəlir.
Gündəlik həyatda minlərlə xəstəliyin yayılması yuyulmamış əllərlə əlaqələndirilir. Söhbət diareya, hepatit A, qrip, noro- və rotavirus infeksiyaları, dizenteriyadan gedir.
Tədqiqatlar göstərir ki, mikroblarla mübarizədə, bütün vasitələr eyni dərəcədə yaxşı təsir göstərmir, bəziləri sağlamlıq üçün təhlükəli ola bilər.
“Əlləri sabunla yumaq bir çox infeksiyaların qarşısını almağın ən təsirli yoludur. Baxın: Dünyada hər il 1,4 milyondan çox uşaq ishal və pnevmoniyadan ölür.
Lakin müəyyən olunub ki, valideynlər əllərini tez-tez yuduqda, uşaqlar arasında ölüm halları kəskin tənəffüs yoluxucu xəstəliklərdən 20 faiz, kəskin bağırsaq infeksiyasından 50 faiz azalır.”- deyə RİA Novosti ilə söhbətində Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu, Seçenov Universitetinin epidemiologiya və dəlil əsaslı tibb kafedrasının müdiri akademik Nikolay Briko bildirib.
Patogen mikroorqanizmlərdən yalnız əlləri sabunla yumaqla qurtulmaq mümkündür. Bu zaman təhlükəli bakteriyaların yalnız səkkiz faizi, əsasən enterokoklar, Escherichia coli və Salmonella dəridə qalır. Əllərinizi sadəcə su ilə yusanız mikroblar 23 faizə qədər azalır.
Miçiqan Universitetinin (ABŞ) alimləri müəyyən edib ki, insanların yalnız beş faizi əllərini düzgün şəkildə – sabunla və ən azı 15-20 saniyədə yuyur.
Adi və antibakterial sabunla yuyulma arasındakı fərqə gəlincə, praktik olaraq onlar arasında fərq mövcud deyil.
Koreyalı alimlər iki növ sabunun bakteriyaların 20 suşuna – E. coli, streptokok və stafilokokklara təsirini müqayisə etdilər. Gerçək şərtlərdə antibakterial sabuna əlavə olunan triklosanın 0,3 faizinin mikroblara təsir göstərməyə vaxtı olmadığı məlum olub, çünki əllər 20 saniyədən çox olmayaraq yuyulur.
Bundan əlavə, bəzi bakteriya növləri ilə – məsələn, Enterococcus faecalis və Staphylococcus aureus – adi sabun daha yaxşı təsir göstərir. Lakin, antibakterial sabunun effekti daha uzun müddət qalır – doqquz saatdan sonra əllərdəki mikroblar adi sabunla müqayisədə az olur.
Orqanik.az