Rospotrebnadzor Q.P. Somov adına Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktoru, Uzaq Şərq Federal Universitetinin Biotibb fakültəsinin Epidemiologiya şöbəsinin müdiri Mixail Şçelkanov koronavirus pandemiyasının bitmə tarixini açıqlayıb.
Orqanik.az xəbər verir ki, alimin fikrincə, belə şəraitdə daha üç il yaşamalı ola bilərik.
“Bir çox regional xüsusiyyətlər var, lakin ümumi uzunmüddətli tendensiyadan danışsaq, o zaman 2022-ci ildə, eləcə də 2023-cü ildə hələ də pandemiya ilə yaşamağa hazır olmalıyıq, ola bilsin ki, 2024-cü ildə də. Ancaq hər şey əsasən bizim kollektiv immunitet səviyyəmizin nə qədər sürətlə artacağına və kollektiv immun səviyyəsinin virusun dəyişkənliyinə uyğun olub-olmayacağına görə müəyyənləşəcək”, – Şçelkanov qeyd edib. (publika.az)
Orqanik.az