Akademik Losev tərəfindən kəşf edilmiş UZUNÖMÜRLÜLÜK FORMULU

Düşüncə gücünün köməyi ilə bədənin uzun illər gənc və sağlam qalmasına kömək edə bilərsiniz! Akademik Stanislav Losev əmin edir ki, DNT molekullarına düşüncə və sözün köməyi ilə təsir etmək olar. O, dərmansız xəstəliklərdən necə qurtulmağı və orqanizmdə ümumi enerji səviyyəsini artırmağı çoxdan öyrəndiyini deyir.

Orqanik.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur akademik öz metodunu məntiqsiz adlandırır. Alim məntiqi bir kənara qoymağı və yalnız duyğulara söykənməyi təklif edir. Onun fikrincə, beynimiz həyat problemlərinin yalnız 30%-ni həll etməyə qadirdir. Qalan 70%-nin həlli hisslərin öhdəliyinə düşür.

76 yaşında o, özünü 40 yaşında olduğundan daha yaxşı hiss edir. Bütün bunlar praktik psixologiya sayəsindədir! Düşüncə və sözlə bədənə təsir etmək fikri şübhəsiz ki, maraqlıdır! Akademikin sözlərinə görə, sağlamlıq və gənclik birbaşa insanın psixoloji durumundan asılıdır. Bu, o deməkdir ki, qorxulardan, narahatlıqlardan, inciklikdən və dağıdıcı münasibətdən özünü xilas etmək insanı cavanlaşdırır və ömrünü uzadır.

“Beyin çoxlu maraqlı proqramları özündə cəmləşdirən kompüter, ruh isə istədiyiniz hər şeyə sahib olan internet resursudur: filmlər, musiqi, elm. İnsan ruhu beyni keçərək problemlərin heç təsəvvür etdiyimiz əsl səbəbinin harada olduğunu göstərə bilir.

Problemlərin böyük çoxluğu psixoloji xarakter daşıyır: inciklik, qıcıq, qəzəb içimizdə yığılır, bir müddət sonra xəstələnməyə və ya tükənməyə başlayırıq. Losevin sözlərinə görə, keçmişin bütün xoşagəlməz anlarını xatırlasanız və onları zehninizdə fərqli şəkildə “yaşasanız”, bu ağır yükdən qurtula və nəticədə daha şən və gümrah ola bilərsiniz” , – Losev bildirib.

İkinci addım qorxulardan qurtuluşdur. Demək olar ki, hər bir insan xəstələnməkdən, qocalmaqdan, tək qalmaqdan, ailəsi və dostlarını itirməkdən qorxur… Və bu qorxular sağlamlığa da mənfi təsir göstərir.

Losev deyir: “Dünya əhalisinin 80%-i stress altında yaşayır. Gözlərinizi yumun və suala cavab verin: “Mən nədən qorxuram?” İstənilən cavabı yazın və bir saat ərzində həmin sözü və ya ifadəni təkrarlayın. Bir saatdan sonra qorxu tamamilə yox olacaq. Bu məşq sayəsində hər gün özünüzdə yeni qorxu tapa və ondan ayrıla bilərsiniz. Beləliklə, kədər, apatiya və narahatlıq tədricən yox olacaq …

Uşaqlıq travmalarının mənşəyini tapın

Bəzən körpəlikdə bizi nəyin qorxutduğunu və ya incitdiyini xatırlamırıq, amma psixika bütün bunları özündə saxlayır. Losevin qənaətincə, müxtəlif xəstəliklər unudulmuş uşaqlıq travmalarının nəticəsi ola bilər. Odur ki, travmatik vəziyyəti xatırlamaqla və ona münasibətinizi dəyişdirməklə onlardan xilas ola bilərsiniz.

Çox vaxt insanların valideynləri ilə aralarındakı anlaşılmazlıq və şikayətlər ürəkdə yığılır. Normal münasibətlər qura bilmədiklərinə görə, layiqli pul qazana bilmirlər. Ancaq ata və ananı səmimiyyətlə bağışlamaq kifayətdir, bu həm səhhətinizi, həm də rifahınızı yaxşılaşdıracaq.

Neqativləri özünüzdən uzaqlaşdırın

Hətta zarafatla deyilmiş “Mən qoca və xəstə adamam”, “Öləcəm!” və ya “Hər şey ağrıyır, heç nə kömək etmir”, “Həyat ağrıdır!” kimi sözlər daşıdığı neqativi birbaşa həyatınıza ötürür. Bu, bədəndə geri dönməz proseslərə yol açır. Proqramlar hüceyrə səviyyəsində işə salınır, hətta DNT-miz danışılan sözlərə reaksiya verir. Axı söz sadəcə hərflər toplusu deyil, o, ətraf məkanda titrəyişlərə səbəb olan dalğadır.

Stanislav Losev bu cür neqativ sözlərdən qurtulmağı və onları müsbət sözlərlə əvəz etməyi tövsiyə edir: “Mən necə də yaxşıyam” , “Həyat necə də gözəldir”, “Turp kimiyəm”, “Həyat deyil, nağıldır” kimi gözəl sözlər söyləyin və təkrarlayın. Bu, sizi gözəl, gənc, xoşbəxt, zəngin, sağlam həyata aparan ən sadə yoldur.

Losev deyir ki, keçmiş problemlərini tapmaq və həll etmək üsulunu öyrənməklə insan həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və gənclik dövrünü uzadır. Əsas odur ki, həqiqəti kənarda yox, öz daxilinizdə kəşf edəsiniz. Axı sağlamlıq və gənclik, ilk növbədə, ruh halıdır!” (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.