Əgər ailə quracağına qəti qərar vermisənsə, yaxşı-yaxşı düşün, ağılla götür-qoy et.
Əgər əskik cəhətlərin varsa, onları yaxşı yönə düzəltməyə çalış, pis vərdişlərinə qarşı mübarizə apar.
Əlini vicdanına qoy, əgər oğlansansa, bir işin qulpundan yapış, qızsansa ev işlərini öyrənməyə çalış.
Böyüklərlə məsləhətləşməyi unutma. Kor-koranə, təsadüfən tanış olduğun adamla evlənmə!
Evlənəcəyin adamın xasiyyətinə və qabiliyyətinə əmin olmadan ciddi qərarlar qəbul eləmə.
Özünə uyğun olan, yoluna işıq salacaq biri ilə evlən.
Ailə qurmaq istəyərkən var-dövlətə, şöhrətə uyub hərəkət eləmə.
Əgər öğlansansa, evlənəcəyin qadında ismət və həyanın olmasına əmin ol. Kasıb da olsa, namusu və tərbiyəsi olan qızla evlən. Şərt o deyil ki, dörd divar arxasında oturan qızla evlənəsən. Əslində elə qızların tərbiyəsi bəlli olmur, çünki onlar dünyaya pərdə arxasından baxırlar.
Əgər qızsansa, sənə də var-dövlətə uymamağı tövsiyə edirəm. Çalış ərə gedəcəyin oğlan mərd, tərbiyəli və qeyrətli olsun.
Evlənəcəyin adamın kimlərlə dostluq etdiyini öyrən.
Nişanlına qarşı diqqətli ol. Çalış onda, bəyənmədiyin xüsusiyyətləri bəri başdan bildirməyə çalış.
Elə et ki, nişanlın dost-aşanları, qohumlarının yanında başıuca olsun.
Elə ki, evləndin çiynini ailə yükü altına verməkdən qorxma. Düzdür, bu yük ağır yükdür, amma onu daşıya bilənə, hamı hörmətlə yanaşır.
Orqanik.az