Araşdırmalar bir çox ağrıkəsicilərin ürək xəstəlikləri riskini artırdığını sübut etmişdir. Bu ən çox da ibuprofen tərkibli ağrıkəsicilərə aiddir. Alimlər 450 min ürək xəstəsi üzərində araşdırma aparmış və onların əksəriyyətinin unun müddət ibuprofen, diklofenak, selekoksib, naproksen və rofekoksib kimi ağrıkəsicilərdən istifadə etdiklərini aşkar etmişlər.
Kanada alimləri böyük dozada qeyri-steroid iltihabəleyhinə dərman qəbul edənlərin ürəklərində xəstəlik əmələ gəlmə riski çox böyükdür. Alimlər ürək xəstəliyi riskinin hətta, dərmanın qəbul etməyə baylayan ilk həftədən bu riskin meydana gəldiyini söylədilər. Monreal Universitetinin alimləri hər il ağrıkəsici qəbulu səbəbindən 1% artan ürək xəstələrinin sayını açıqlamışıar. Bu səbəbdən də mütəxəssislər ağrıkəsici qəbulu əvəzinə alternativ yollar fikirləşməyi məsləhət görürlər.
Alimlər ən çox da yüksək dozada ibuprofen qəbul edən adamların risk altında olduğunu qeyd edirlər. Bu dərmanı çox qəbul etmək (gün ərzində 1200mq) 8-30 gün ərzində öz əlamətlərini verir. Bu barədə həkimlərin əksəriyyətinin məlumatı var. Ona görə də həkimlər ibuprofen təyin edərkən onun dozasını gün ərzində 400 mq-dan dörd dəfədən(1200-1600mq) çox olmur.
Orqanik.az