Ağrıkəsici dərmanların ağır fəsadları: mədə, qaraciyər zədələnir…

Müəyyən ağrılar zamanı ağrıkəsicilərin qəbul olunması halı geniş yayılıb. Doğrudur, ağrıkəsicilər orqanizmdə müəyyən müddət rahatlıq yaratsa da, onların həkim tövsiyəsi olmadan qəbul edilməsi böyük problemlər yarada bilər.

Təbii ki, ağrılar şiddətlənən zaman əlacsız qalıb ağrıkəsici qəbul olunması başadüşüləndir. Amma həmin preparatın qəbulundan sonra orqanizmə vuracağı zərərləri də düşünmək lazımdır.

AZƏRTAC xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova dərmanların bu cür qəbul edilməsinin böyük problemlərə səbəb olacağından danışıb: “Təəssüf ki, apteklərdən reseptsiz halda ağrıkəsici almaq mümkündür. Bəzi hallarda ağrıkəsicilərdən istifadə xəstəliyi şiddətləndirir və ya yaxud xəstəliyi maskalayaraq onun daha da ağrılaşmasına aparıb çıxarır. Hətta bəzən mədə yaraları, mədə xoralarının əmələ gəlməsinə və yaxud mövcud xoraların qanamasına və ağırlaşmasına səbəb olur. Ən çox ağrıkəsici kimi istifadə olunan qeyri-steroid iltihab əleyhinə dərmanlar qaraciyərdə ağır təsirlər qoyur”.

Unutmaq olmaz ki, ağrıkəsicilər xəstəliyi müalicə etmir, sadəcə olaraq ağrını müəyyən müddət azaldır. Ona görə də hər dərdin çarəsini ağrıkəsicidə axtarmaq lazım deyil.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.