Ağlamağın faydaları nələrdir? – Psixoloqlar izah edir

Ağlamaq insanın həm fiziki, həm də mənəvi durumu üçün faydalıdır. Adətən dərd, əzab çəkən insana “ağla, içini boşalt, rahatlaşacaqsan” deyirlər.

Əslində, bu, çox düzgün fikirdir, ağlayan insan öz stressini, gərginliyini göz yaşı ilə çıxararaq, depressiyadan uzaq olur. Bəzi insanlar ağlamağın zəiflik olduğunu düşünür, amma bu, çox yanlışdır.

Axar.az bildirir ki, psixoloq Gülnar Nağıyevanın sözlərinə görə, emosional, həssas və əsəbi insanlar daha çox ağlayırlar:

“Araşdırmalar nəticəsində müəyyən olunub ki, insan ağladığı zaman göz yaşları vasitəsi ilə orqanizmdə olan zərərli maddələr xaric olunur. Bu da stressi azaldır və insanı rahatlaşdırır. Bunun da sağlamlığa müsbət təsirləri var”.

Türkiyəli psixoloq Ayça Soydemirin sözlərinə görə, gözyaşı əsəb və stress zamanı qatılaşan qanın durulmasına və gərginləşən ürək damarlarının açılmasına yaxşı təsir göstərir:

“Ağlayan insanlar digərləri ilə müqayisədə daha tez, daha rahat və daha çox yatırlar. Gərginlik, qorxu, kədər, stress kimi vəziyyətlərdə qan təzyiqi qalxan və ya düşən insanlar üçün ən yaxşı yol ağlamaqdır. Ağladıqdan sonra insanın təzyiqi normallaşır”.

Tibb mütəxəssisləri ağlamağı fiziki və ruhi problemlərin ən optimal həlli yollarından sayır. Məsələn, yaxın adamını itirib bu kədərə ağlamayan insanı psixoterapevt ağlatmağa çalışarkən “Mən nəyə görə ağlamalıyam? Axı bu onu qaytarmayacaq” deyə cavab verən pasiyentə psixoterapevt belə cavab verir: “Bu sənə özünü qaytarmağa kömək edəcək”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.