Dişlərin sağlam olmasının ilk şərti – onları hər gün səhər və axşam yumaq, yeməkdən sonra yaxalamaqdır. Dişləri diş tozu yaxşı təmizləyir. Bir qutu diş tozuna 1çay qaşığı çay sodası əlavə etdikdə dişlərə daha yaxşı təsir edir.
Ağızdan iy gəlirsə, onu tez-tez kalium permanqanatla (açıq çəhrayı rəngdə) yaxalamaq lazımdır. Əgər ağızdan gələn iy soğan, sarımsaq və s. yeməklə əlaqədardırsa, onda dişləri nanəli pasta ilə yumaq, 2-3 udum süd içmək, alca yemək ya da bir çimdik qara çay çeynəməklə yox etmək olar.
Dişlərin, badamcıqların, mədə-bağırsaq yollarının xəstəliklərində də ağızdan iy gələ bilər.
Bəzən ağzın künclərində xırda, lakin ağrılı çatlar əmələ gəlir. Bunlar orqanizmdə B qrupu vitaminlərinin çatışmazlığı səbəbi ilə əmələ gəlir. Bu vitamin göyərtidə, mayada, arpa ununda, yulaf və qarabaşaq yarmasında, ətdə, süddə, pendirdə olur. Bu qidaları normasında qəbul etmək orqanizmdəki B vitamini ehtiyacını qarşılayır.
Dodaqların təravətinin və təbii rəngini saxlamaq üçün onların qurumamasına, çatlamamasına, qabıq verməməsinə çalışmaq lazımdır. Dodaqlar qurumasın deyə, onlara rəngsiz gigiyenik pomada çəkmək, lazımdır.
Ağzın ətraflarında əmələ gələn qırışların qarşısını almaq üçün xüsusi gimnastika etmək lazımdır: ağzınızı açın, dodaqlarınızı “O”, “U” demək istəyirmiş kimi yumrulayın və bunu bir neçə dəfə təkrar edin.
Orqanik.az