Ağız suyu vəzilərinin funksiyası

Ağız suyu vəzilərinin 2 funksiyası vardır:
– sekretor funksiya
– inkretor funksiya.
Sekretor fəaliyyətin məhsulu ağız suyu qidanı islatmaqla udma aktını asanlaşdırır. Ağız suyunun tərkibində polisaxaridləri hidrolitik yolla parçalamaq qabiliyyətinə malik olan ferment – amilaza olur. Bundan əlavə ağız suyunda aşağıdakı fermentlər var:
– lizosim
– karbonhidraza
– nukleaza
– fosfataza
– peroksidaza.
Bu fermentlərin bir hissəsi orqanizmə zərərli maddələrin daxil olmasının qarşısını alır, amma bəzilərinin bioloji rolu hələ də aydınlaşmayıb. Məsələn, lizosim bir sıra mikroorqanizmləri, nukleazalar isə virusları parçalamaq qabiliyyətinə malikdir.
Normal şəraitdə insanın ağız suyu vəziləri gündə 1-2 litr şirə ifraz edir. Ağız suyunun ifrazının artmasına hipersalivasiya, azalmasına isə hiposalivasiya deyilir.
Hipersalivasiya sekretor sinirlərin bilavasitə və ya reflektor yolla qıcıqlanması hesabına baş verir. Buna aşağıdakı hallarda rast gəlinir:
– bulbar iflic
– stomatit
– qinqvit
– mədənin selikli qişalarının iltihabı
– qida borusu xəstəlikləri
– qurd xəstəlikləri
– hamiləlik toksikozları
– vegetativ zəhərlərlə zəhərlənmə.
Hiposalivasiya isə çox vaxt orqanizmin susuzlaşması səbəbli baş verir. Bu adətən şiddətli tərləmə və ishal zamanı baş verir. Bəzən parasimpatik sinir sisteminin xəstəlikləri də ağız suyu ifrazının azalmasına səbəb olur. Hiposalivasiyaya aşağıdakı xəstəliklər səbəb ola bilir:
– parotit
– emosiona stress
– ishal
– ağız suyu vəzilərinin şiş xəstəlikləri
– vəzləri axacağının daşla tutulması.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.