“Ağır xroniki xəstəliyi və irsi genetik patologiyası olmayan uşaqlar…”

Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyası barədə yayılan yanlış fikirlərdən biri də “omikron” ştamının uşaqlar üçün daha qorxulu olması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, bağçaya və ya məktəbə getməyən uşaqlar il ərzində 2-3 dəfə, gedənlər isə 12-13, hətta 14 dəfə “qrippoz” vəziyyətə səbəb olan fəsli infeksiyaya yoluxa bilərlər. Hazırda həmin statistikanın artmasına səbəb isə ötən il karantin tədbirlərinə görə uşaqların ev şəraitində təcrid olunması və onlara tibbi maska taxdırılaraq kollektivdən uzaqlaşdırılmasıdır. Yəni, uşaqlar arasında geniş yayılmış infeksiya nə COVID-19, nə də qrip virusu deyil, çünki qrip çox kəskin klinik əlamətlərlə keçən, ağır infeksiyadır.

Orqanik.az xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor bildirib ki, COVID-19 virusunun bağlandığı hədəf – ACE 2 reseptorları qız uşaqlarında 11, oğlan uşaqlarında isə 12 yaşa qədər inaktiv vəziyyətdə olur: “Tam formalaşma isə yetkinlik, yəni onların 19 yaşında tamamlanır. Ona görə də məlum yaş qrupları üzrə uşaqlarda ağır xroniki xəstəlik və ya irsi genetik patologiya yoxdursa, onlar hətta COVID-19-a yoluxsa belə, çox yüngül keçirirlər. Yəni, hazırda onsuz da tükənmiş vəziyyətdə olan valideynlər arasında “omikron ştamına yoluxma uşaqlar üçün çox qorxuludur” fikrini yaymaq olmaz. Bu, yolverilməzdir. Nə özünüzə, nə də övladlarınıza görə gərginlik keçirib depressiya və ya isterik hala düşməyə lüzum yoxdur. Lakin vətəndaşlar xüsusilə aprelin birinci on günlüyünə qədər özlərini mütləq qorumalıdırlar. Onlar tibbi maska taxmalı, əhalinin sıx yerləşdiyi yerlərdən uzaq durmalıdırlar. Nəzərə almaq lazımdır ki, aprel ayının ortalarından etibarən fəsli virus infeksiyalarının sönməyə başladığı dövrdür”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.