Ağciyərlərin absesi ağciyərlərdə qranulasion toxuma və fibroz liflər qatından əmələ gəlmiş piogen membran ilə hüdudlanan və içərisi irinlə dolmuş boşluqdur. Ağciyərin qanqrenası ağciyər toxumasının sağlam hissədən sərhəddi ölmüş və çürümüş parçalanmada sürətli irinli əriməsi və qopması ilə olan həddən artıq patoloji vəziyyətdir. Bu ağciyər toxumasının ölməsidir ki, bu zaman boşluq formalaşan demarkasiya prosesində ağciyər toxunmasının divaryanı və sərbəst yerləşən və tədricən təmizlənməyə meyilliyi ilə ölməsidir.
Ağciyərin absesi ümumi əhali arasında 20-50 yaşlı kişilərdə 3-5 dəfə çox təsadüf edilir. Son 40 ildə ağciyərlərin absesı 10 dəfə azalsa da xəstələr arasında ölüm faizi 4-7% təşkil edir. Qrammənfi mikrofloraya malik turş reaksiyalı mayenin aspirasiyasında ölüm 20%-dən artıq olur.
Ağciyərlərin absesi birincili və ikincili olur. Absesin əmələ gəlməsinə istənilən mikroorqanizmlər və ya onların assosiyasiyasi səbəb ola bilər.
Xəstəliyin əmələ gəlməsində orqanizmin müdafiə qüvvələrinin azalması və patogen mikrobların tənəffüs yollarına düşməsidir.
Alkoholizm, yüksək dozalarda narkotikərin qəbulu, uzunmüddətli qusma, nevroloji pozğunluqlar, tənəffüs yoluna yad cisim düşən zaman, ağciyərlərin şiş xəstəlikləri zamanı ağciyərin absesinə daha tez-tez rast gəninir.
Xəstəlik zamanı təngnəfəslik, zəiflik, əzginlik, hərarət, döş qəfəsində ağrı, bəzən qanhayxırma müşahidə edilir.
Orqanik.az