Ağciyərlərin xərçəngdən başqa digər xəstəliklərinin əmələ gəlməsində immun sisteminin, ailə-məişət şəraitinin, ətraf ortamın rolu böyükdür. Ən çox rast gəlinən ağciyər xəstəlikləri aşağıdakılardır:
* kəskin pnevmoniya
* xroniki pnevmoniya
* plevrit
* bronxhektazlar
* vərəm.
Ağciyər xətəliklərinin sayı staistik hesablamala görə 5 ildən bir 2 dəfə artır. Xüsusilə də vərəm xəstəliyinin son illərdə sürətlə yayılmasını nəzərə alsaq əhalinin bu barədə maariflənməyə ehtiyacı olduğu aydınlaşır. Əgər sizdə aşağıdakı əlamətlərdən bir-neçəsi aşkarlanarsa mütləq pulmanoloqa müraciət etməniz lazımdır:
* bəlğəmli və ya quru öskürmə
* titrəmə
* qızdırma
* iştahsızlıq
* halsızlıq
* tez yorulma
* əzginlik
* qanhayxırma
* sinədə və kurəkdə ağrılar.
Orqanik.az