Yay aylarını kabusa çevirən ağcaqanadlardan təbii yollarla qorunmağın mümkün olduğunu bilirsinizmi?
Axşam.az xəbər verir ki, bu kiçik həşəratları uzaqlaşdırmaq üçün limon və mixək ikilisindən istifadə edə bilərsiniz.
Limonu yüngülcə sıxaraq sulandırın. Ortadan ikiyə bölün və içinə mixəklər yerləşdirin.
Kiçik qan əmicilər bu bitkilərin qoxusunu sevmədiyi üçün yaxın gəlməyəcək. Bundan əlavə, onlar lavanta, portağal ətrini də sevmir. Bədəninizi bu bitkilərin losyonu ilə masaj etsəniz, özünüzü qorumuş olacaqsız.
Ağcaqanadları qovan müxtəlif kimyəvi vasitələr effektli olsalar da sağlamlığa ziyan vurur. Xüsusilə bu kiçik yaşlı uşaqlar, allergiyadan və nəfəsalma xəstəliklərindən əziyyət çəkən insanlara aiddir. Bu səbəbdən mümkün qədər təbii vasitələrə üstünlük verin.
Əgər artıq ağcaqanadların “hücum”una məruz qalmısınızsa, banan qabığını həmin hissəyə sürtməklə qaşıntı və şişkinliyi azalda bilərsiniz. Nanə və evkalipt yağları da narahatçılığı aradan qaldırır.
Orqanik.az