Orqanizm yaşlandıqca saçalar öz rəngini itirir ki, burda genetikanın da böyük rolu var. Bəzən erkən yaşda belə saçların ağarmasına rast gəlinir.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, ağarmış saçları müxtəlif boyalarla aradan qaldırmaq mümkündür. Amma bəzən erkən yaşda ağaran saçları aradan qaldırmaq olmur.
Həmçinin sağlam bədən və sağlam ruh yarada bilər. Ancaq saçlara dən düşdükdə onu kimyəvi üsulla rəngləyir. Sən demə saçların təbii üsulla öz rəngində saxlamaq olarmış.
Bəs necə saçlar öz rəngini saxlaya bilər?
Bu problemi aradan qaldırmaq üçün kokos yağının effekti güclüdür. Kokos yağı saçların öz piqment rəngini qoruyub saxlayır. Kokos yağı nəinki saçların rəngini həmçinin möhkəmlənməsini, sağlamlığını, elastikliyini və gurluğunu qoruyur.
İstifadəsi:
1. Kokos yağı ya əldə, ya da qazda isidilir və quru saçlara yaxılır.
2. Bütün saç diblərinə massaj kimi yedirdilir.
3. Saçları sellofanla bağlanır üzərindən dəsmal örtülərək 10-15 dəqiqə gözlənilir.
4. Sonra adi şampunla saçlar yuyulur.
5. Bu reseptin hər dəfə saçı yuduqdan öncə edilməsi məsləhətdir.
Orqanik.az