Cəmi 8 növ tərəvəz orqanizmi müxtəlif xəstəliklərdən qoruya bilər.
Ölkə.Az xəbər verir ki, Qərb alimlərinin araşdırmasına əsasən, bu tərəvəzləri qida rasionuna əlavə edib ən azı möhkəm və sağlam immunitet əldə etmək olar.
Soyuqdəymə zamanı soğanın müalicəvi əhəmiyyəti barədə çox danışılıb. Amma çox az adam bilir ki, soğan xərçəngin qarşısını alır, orqanizmi təhlükəli hüceyrlərdən qoruyur. Soğan yeyən insanlarda mədə xərçəngi riski kəskin şəkildə azalır.
Xərçəngin qarşısını həm də brokkoli alır. Bu tərəvəzin tərkibində olan sulforafan maddəsi hüceyrələri məhv edir (əsasən də süd vəzi və sidik kisəsi xərçəngi). Eyni zamanda şişə inkişaf etməyə imkan vermir.
Yaşlı insanlar isə qarğıdalı yeməlidirlər. Qarğıdalı qocalıq dövründə korluğun yaranmasının qarşısını alır. Bu tərəvəzin tərkibində olan lyutein aintiosidantı çox faydalıdır.
Kərəviz də görmə qabiliyyəti üçün faydalıdır.
Ürək-damar sistemi xəstələrinə kələm məsləhət görülür. C vitamini xolesterinlə mübarizədə əladır.
Qırmızı bibərin tərkibində olan askorbin turşusu aterosklerozun qarşısını alır.
Çuğundur isə damarlar üçün çox faydalıdır.
Orqanik.az