ABŞ hökuməti “Pfizer-Biontech” alyansından payızda istifadə üçün koronavirus əleyhinə 105 milyon doza vaksin alıb.
Orqanik.az APA-ya istinadən xəbər verir ki, 3,2 milyard dollarlıq müqaviləyə körpələr, uşaqlar və yaşlılar üçün peyvəndlər daxildir. Yeni vaksinlər koronavirusun müxtəlif ştamları, o cümlədən Omikrona qarşı mübarizə üçün nəzərdə tutulub.
Vaksinlər yayın sonunda ölkəyə gətirilməyə başlanacaq. Təchizat 1 ay müddətində başa çatmalıdır. Bundan savayı, müqaviləyə görə Vaşinqton əlavə 300 milyon doza da sifariş verə bilər.
Orqanik.az