Abort və onun nəticələri

Abort – 22-ci həftəsinə qədər hamiləliyin süni yolla dayandırılmasıdır. Hazırda abortun bir neçə növü var və hamiləlik dövründən asılı olaraq tətbiq edilir:

-Vakkum abortu və ya mini-abort (6 həftəyə qədər)-Dölü vakkum vasitəsilə çölə çıxartmaqdır.

-Medikamentoz abort (7 həftəyə qədər)- dərman preparatlarının (mifepriston) köməyi ilə uşaq salınması həyata keçirilir.

-Cərrahi müdaxilə (4-22 həftəlik)- əməliyyat zamanı həkim uşaqlıq yolundakı dölü çıxarır.

İstənilən abort ciddi tibbi müdaxilə kimi özü ilə bərabər müəyyən risklərə də səbəb olur.

Məsələn, medikamentoz abort zamanı qarın nahiyəsində yüngül ağrılar, ürək bulanma, qusma, baş ağrısı, baş gicəllənməsi, hərarət, titrəmə kimi hallar üzə çıxır. Medikamentoz abort zamanı 1-2.5 faiz hallarda hamiləlik dayanmır, 7.5 faiz hallarda isə tam abort həyata keçirilmir. Bu zaman əlavə müdaxilə lazım olur.

Vakkum abort zamanı dölün tam çölə çıxmama riski var. Bundan əlavə, mini-abort zamanı menstrual dövrdə ciddi pozulmalar yarana bilər.

Ən təhlükəli abort isə cərrahi abortdur. Çünki bu abort növü daha çox zədə buraxır.  Cərrahi abort zamanı uşaqlıq yolu əməliyyat alətləri ilə zədələnə bilər.

Abortdan sonra yaranan fəsadlar iki qrupa ayrılır: erkən və sonrakı

Abortun erkən fəsadları:

-Abortdan sonra axıntı olması. Qanlı axıntı abortdan sonra meydana gəlir və adətən bir həftə davam edir. Bu zaman axıntı aybaşı dövrünə nisbətən daha çox olur. Əgər abortdan sonra axıntı həddən artıq çoxdursa (1 saat ərzində iki bez dəyişilirsə) dərhal həkimə müraciət etmək lazımdır.

-Uşaqliqin perforasiyası-Abortun ən ciddi fəsadlarından biridir. Əməliyyat zamanı daxil edilən instrumentlər matka divarını zədələyir. Bu fəsadın riski hamiləlik davam edən müddət ərzində artır. Bu fəsad dərhal cərrahi müalicə ilə aradan qaldırılmalıdır. Daha ciddi fəsadlar zamanı isə uşaqlıq kəsilib götürülməlidir. Bundan əlavə, perforasiya zamanı bağırsaq, sidik kisəsi və iri damarlar da bu zaman zədələnə bilər.

-Güclü qanaxma- Uşaqlıq yolu mioması və ya çoxsaylı doğuşlar zamanı iri damarlar zədələnir. Təcili müalicə lazımdır. Daha ağır vəziyyətlərdə qan köçürülməsi vacibdir. Əgər qanaxma dayanmasa, uşaqlıq yolu əməliyyat vasitəsilə kəsilir. Çünki uzunmüddətli qanaxma ölümlə nəticələnə bilər.

-Natamam abort- Bəzən abort zamanı dölü tam çıxartmaq olmur. Bu zaman qanaxma başlayır, qarında ağrılar yaranır. Uşaqlığın xroniki iltihabı-endometrit başlaya bilər. Bu fəsad zamanı növbəti abort həyata keçirilir, dölün qalıqları xaric edilir.

-Əməliyyat zamanı uşaqlıq yoluna düşən infeksiya iltihab prosesi yaradır: endometrit (uşaqlıq yolunun iltihabı), salpinginit (uşaqlıq yolu borularının iltihabı). Daha ağır hallarda sepsis, yəni qanın zəhərlənməsi baş verir. Bu isə sağlamlıq üçün çox təhlükəlidir və təcili antibiotiklə müalicə lazımdır.

Gecikmiş fəsadlar

-Menstrual dövrün pozulması

-Abortdan sonra aybaşı qeyri-müntəzəm, gecikmələrlər baş verirsə, bu, kifayət qədər geniş yayılmış problemdir. Pasientlərin 12 faizindən çoxunda müşahidə edilir.

Ciddi hormonal pozuntular yumurtalıqların fəaliyyətində problemlərə səbəb olur. Disfunksiya yaranır və digər fəsadların yaranması ilə nəticələnir:

-Uşaqlıq yolunun mioması;

-Endometrioz;

-Endometriyanın patoloji böyüməsi;

-Endomteriya polipləri;

-Yumurtalıqların polikistozu;

-Adenomioz.

Ciddi hormonal pozuntular xoşxassəli və bədxassəli şişlərin yaranmasına səbəb ola bilər.

Abort bir qayda olaraq reproduktiv funksiyaya mənfi təsir edir. Uşaqlıq yoluna abort zamanı zorakı müdaxilə onun zəifləməsinə, gələcəkdə isə uşaq düşməsinə səbəb ola bilər.

Həkimlərin fikrinə əsasən, 50 faiz qadın sonsuzluğu əvvəllər həyata keçirilmiş abortlarla bağlıdır.

Bir neçə sadə qaydaya əməl edərək abortdan sonra yaranan fəsadların riskini ciddi şəkildə azaltmaq olar:

-Abortdan sonra 3 həftə sekslə məşğul olmamaq;

-Abortdan sonra axıntıları ciddi nəzarətə götürmək, ehtiyac yarananda həkimlə məsləhətləşmək;

-Əməliyyatdan sonra 2 həftə ərzində fiziki gərginlikdən uzaq durmaq;

-Sidik kisəsi və bağırsaqları əvvəlcədən boşaltmaq;

Gigiyena qaydalarına əməl etmək (müntəzəm olaraq cinsiyyət orqanlarını qaynar su və ya çobanyastığı suyu ilə yumaq, abortdan sonra ilk bir ay vanna qəbul etməmək, dənizdə və hovuzda üzməmək, saunada dincəlməmək), 3 aydan bir ginekoloq yanına getmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.