D vitamini orqanizmdə çox böyük rol oynayır, bir çox proseslərdə həm vitamin, həm də hormon kimi iştirak edir.
D vitamini uşaq orqanizminin normal inkişafı və raxitdən qorunması üçün lazımdır;
– immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir – infeksion xəstəliklərdən qoruyur, antimikrob maddələrin sintezində iştirak edir, iltihab reaksiyalarını dəf edir;
– qan təzyiqinin tənzimlənməsində iştirak edir;
– aterosklerozun inkişafının qarşısını alır;
– beyində gedən bir çox proseslərdə iştirak edir;
– qığırdaq toxumasının dağılmasının qarşısını alır;
– ürək-damar xəstəliklərinin inkişafından qoruyur;
– bədəndə metabolik prosesləri sürətləndirir;
– kalsiumun mənimsənilməsini tənzimləyir.
D vitamini (D3, xolekalsiferol) dərimizdə gün şüalarının təsirindən sintez olunur. Lakin bunun üçün saatlarla günün altında “zaqar” almağa ehtiyac yoxdur. Əksinə bu ziyanlıdır. Orqanik.az bildirir ki, “zaqar”dan sui-istifadə dəri xərçənginin əsas səbəbi sayılır. Həmçinin dəri nə qədər çox qaralırsa, D vitamininin sintezi də bir o qədər azalır.
D vitamininin günlük dozasını almaq üçün gün şüalarının altında 10-15 dəqiqə olmaq kifayətdir.
Bu zaman bütün bədənin açıq olması da vacib deyil, üz və əllərin açıq olması yetərlidir.
Orqanik.az