Menyu:
1-ci gün:
Səhər (08:00 – 08:30) – 1 stəkan ilıq su, ballı, limonlu su, 2 xiyar
Lanç (10:00) -2 xiyar, 1 stəkan bol sulu ayran
Günorta (13:00) – üzərinə 1 desert qaşığı zəncəfil və 3 kabak doğranmış 1 kasa qatıq
(17:00) 1 yaşıl alma
Axşam: (mümkün olduğu qədər tez yeyilməsi məsləhətdir) 1 pay zeytunyağlı kabak, 4 qaşıq bulqur plovu
Gecə: 2 xiyar
2-ci gün:
Səhər (08:00 – 08:30) – 1 stəkan ilıq, ballı, limonlu su, 2 xiyar, 2 dilim yağsız pendir
Lanç (10:00) – 1 kivi, 4-5 ədəd çiyələk
Günorta (13:00) – 1 pay az yağlı qiymə və kabak, 1 dilim qızardılmış çovdar çörəyi
(15:00) – 1 stəkan azyağlı keçi südü, 2 qozun ləpəsi
Axşam – 2 xiyar, 1 yumurta, 2 uzun bibər
Gecə – 2 xiyar
3-cü gün:
Səhər (08:00 – 08:30) – 1 stəkan ilıq, ballı, limonlu su, 2 xiyar, 2 dilim pendir
Lanç (10:00) – 1 yaşıl alma
Günorta (13:00) – 1 kasa yaşıl mərci supu, 1 pay zeytunyağlı kabak
(15:00) – 2 xiyar
(17:00) – içinə zəncəfil qarışdırılmış 1 stəkan ilıq, yağsız süd, 2 qoz ləpəsi
Axşam: 1 kasa bol xiyar doğranmış ayran, 3 yumurtanın ağından bişirilmiş uzun bibər omleti
Gecə: 1 ovuc ləbləbi, 2 xiyar
Diqqət: bu pəhrizə əməl edərkən maye qəbul etməyin. Yeməkdən 15-20 dəq sonra yaşıl çay, isti su için. Səhər, günorta və axşam yeməklərindən əvvəl maddələr mübadiləsini sürətləndirən bitki qarışımları içə bilərsiniz. Yeməyi az-az, yavaş-yavaş yeyin. Hər gün səhər yeməyindən sonra 45-50 dəqiqə sürətli addımlarla gəzin. Gəzintidən sonra 10 dəqiqə duş qəbul etmək yaxşı təsir edir. Yeməklərdə bol miqdarda qırmızı pul bibər, acı bibər yeyin. Pəhriz müddətində şirniyyat, un, şəkər, pomidor, qızartma və spirtli içkidən uzaq olun.
Qeyd: Pəhrizə başlamamışdan əvvəl həkiminizlə məsləhətləşin.
Orqanik.az