Babasil ən yayılmış xəstəliklərdən biridir. Babasilin ilkin mərhələlərində xalq təbabəti vasitələri çox yaxşı kömək edir, xəstəliyin inkişafını ləngidir.
Müalicəvi otlarla oturaq vannaları bu vasitələrdən biridir. Orqanik.az sizəbu üsulu təqdim edir:
At şabalıdı, palıd qabığı, çobanyastığı və adaçayı otlarından hərəsindən 2 x.q. olmaqla götürün, qarışdırın, üzərinə yarım l qaynar su tökün, 1 saat ərzində dəmləyin, yaxşı süzün. Vannaya ilıq su tökün, dəmləməni əlavə edin və bu suda 15-20 dəqiqə oturun. Belə vannaları hər gün 1 həftə ərzində edin.
Vannalar qanaxmanı, ağrıları, iltihabı azaldır.
Orqanik.az