Orqanik.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Böyük Britaniyada alimlər maraqlı araşdırma aparıblar.
Araşdırmanın nəticəsində alimlər belə qərara gəliblər ki, insanın çarpayının sağ və ya sol tərəfində yatmağı onun yuxusunun keyfiyyətinə və dərinliyinə ciddi təsir edir.
Məlum olub ki, çarpayının sol tərəfində yatan insanlar daha yaxşı yatır, onların yuxusu daha dərin və rahat olur, yuxusuzluq onları daha az hallarda narahat edir.
Mütəxəssislər qeyd edirlər ki, dərin və rahat yuxunun insanın sağlamlığında çox böyük rolu var. Yuxunun az olması, yuxu pozulmaları, yuxusuzluq bir çox xəstəliklərin, xüsusilə ürək-damar sistemi xəstəliklərinin riskini artırır.
Britaniya alimləri yuxu problemləri olan insanlara çarpayının sol tərəfində yatmağı tövsiyə edirlər.
Orqanik.az