Dərisi qaşınan qadında xərçəng tapılıb

Dəri qaşınması xərçıngə işarə edə bilər? Bu suala əksəriyyətimiz mənfi cavab verəcək.

Dəri qaşınması əsasən allergiya və dəri xəstəlikləri ilə assosiasiya olunur.

Lakin çox nadir hallarda olsa da dəri qaşınması xərçəngin ilk simptomu kimi meydana çıxa bilər. Belə bir hadisə Nyu-York sakini olan Loren Çiarello adlı cavan qadının başına gəlib.

Orqanik.az xarici KİV-lərə istinadal xəbər verir ki, fitnes instruktoru işləyən cavan və sağlam Loren uzun müddət ərzində güclü dəri qaşınmasından əziyyət çəkirdi. Qadının dərisi sağlam idi, onun üzərində heç bir səpki və s. yox idi. Lakin buna baxmayaraq Lorenin dərisi, xüsusilə ayaqlar, qollar və qarın nahiyyəsi o dərəcədə güclü qaşınırdı ki, qadın hətta öz işi ilə məşğul ola bilmirdi.

Loren uzun müddət ərzində müxtəlif müayinələr və testlərdən keçirdi, müalicələr alırdı. Lakin bu heç bir effekt vermirdi.

Xoşbəxtlikdən qadın özü bədənində kiçik şiş tapıb və bu da ona dəqiq diaqnozun qoyulmasına köməklik  edib.

Lorendə limfoqranulematoz (limfa sisteminin xərçəngi) aşkar olunub. Qadın bir neçə kurs kimyaterapiyadan keçib və artıq 8 ildir ki onda xəstəliyin əlamətləri üzə çıxmır.

Ağır xəstəlik olan limfoqranulematozun ilk simptomu 30% hallarda məhz dərinin güclü qaşınması olur.  Qaşınma xəstəliyin digər simptomlarından çox əvvəl əmələ gələ bilər. Bu səbəbdən həkimlər belə səbəbsiz dəri qaşınmasına qarşı diqqətli olmağı çağırır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.