Siqareti tərgitmişiniz və daimi nəsə yemək istəyirsinizsə, sağlam olmayan və kalorili seçimlərə müraciət etməməyə çalışmayın.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, siqareti atdıqdan sonra bir çox insanda ani çəki artımı baş verir. Uzun müddət davam edən bu alışqanlığı buraxmaq zehninizi qidalara yönləndirməyə vadar edir. Bu da kökəlməyə səbəb olur. Çətin bir prosesi geridə qoyduqdan sonra bir də arıqlamağa vaxt sərf etməyin. Bunun əvəzində sizə tövsiyə edəcəyimiz reseptlərlə aclıq hissindən çəki almadan qurtulun.
Tərkibi:
4 kələm yarpağı
1 kiçik ölçülü alma
1 kiçik ölçülü armud
1 xörək qaşığı badam yağı
100 qram şəkərsiz badam südü
Bütün qidaları mikserdən keçirin və yeyin. Qalan hissəni soyuducuda saxlaya bilərsiniz. İçki olaraq yanında portağal və bananlı smuzidən istifadə edin. C vitamini, kalium və antioksidanlarla zəngin olan bu içki sizi gün ərzində gümrah saxlayacaq.
Tərkibi:
1 banan
¼ stəkan portağal suyu
¼ stəkan badam südü
qatıq və ya kefir
2 yarpaq kələm
1 ovuc ispanaq
4-5 qaragilə və ya dondurulmuş üzüm
2 çiyələk
bir çimdik zəncəfil
Qatılığı aradan qaldırmaq üçün mikserə su da əlavə edə bilərsiniz.
Tərkibi:
3 böyük qırmızı alma
1 çay qaşığı darçın
2 xörək qaşığı şəkər
Almaları incə doğrayıb, üzərinə darçın və şəkər tozu əlavə edin. Sobada 40-50 dəqiqə 90 dərəcədə almalar qızılı rəng alana qədər gözləyin. Daha sonra soyuyana qədər gözləyin. Bu çipsi 3 gün saxlaya bilərsiniz.
Tərkibi:
1 böyük stəkan qatıq
1 xörək qaşığı vanil
2 stəkan doğranmış meyvə
Vanillə qatığı qarışdırıb meyvələrlə birləşdirin. Tamamilə bərkiyənə qədər 3-4 saat soyuducuda dondurun.
Tərkibi:
1 banan
4 xörək qaşığı zefir
4 xörək qaşığı şirin peçenya
yarım stəkan əridilmiş tünd şokolad
Orqanik.az