Yeni burun spreyi yüksək risk qrupuna daxil olan xəstələrdə immuniteti qısa müddətə COVID-19-a qarşı möhkəmləndirə bilər.
Orqanik.az aztibb.az-a istinadən bildirir ki, Finlandiyanın Helsinki Universitetinin alimləri tərəfindən hazırlanan sprey laboratoriya tədqiqatlarında səkkiz saata qədər koronavirus infeksiyasının qarşısını alıb.
Tədqiqatçılar qeyd ediblər ki, burun spreyi immuniteti zəif olan xəstələr və COVID-19-a qarşı ciddi zəifliyi olan digər insanlar tərəfindən istifadə üçün nəzərdə tutulub.
Spreyin Omikrona qarşı daha az təsirli olan məşhur monoklonal antikor müalicələrindən fərqli olaraq, burunda virusu zərərsizləşdirdiyi və bütün variantlara qarşı ekkeftiv olduğu bildirilib.
Bununla belə, burun spreyi müalicəsi peyvəndləməni əvəz edə bilməsə də, əlavə immunitet qorunmasına ehtiyacı olanlar üçün faydalı ola bilər.
Orqanik.az