Beyin qan damarlarının tıxanması. Əlamətlər

Qan damarlarının ən yayılmış xəstəliklərdən biri aterosklerozdur.

Bu xroniki xəstəlik zamanı qan damarlarında piyə oxşar maddələr yığılır. Bunun nəticəsində damarların mənfəzi daralır, qan dövranı pozulur. Ateroskleroza uğramış damarlar getdikcə tam tutula bilər ki, bunun nəticəsində infarkt, insult, hər hansı orqanda qanqrena inkişaf edə bilər.

Damarlarda aterosklerozun inkişafı artıq 20 yaşdan sonra başlayır və onun simptomlarını hər bir insan bilməlidir ki, vaxtında lazım olan tədbirlər görsün.

Orqanik.az bildirir ki, beyin damarlarının tıxanması özünü bu kimi simptomlarla büruzə verir:

– tez-tez təkrarlanan baş ağrıları

– qulaqlarda küy

– qısamüddətli yaddaşın pozulması  

– yuxunun pozulmaları (gecə tez-tez yuxudan oyanmaq, yuxusuzluq)

– psixoemosional dəyişikliklər: səbəbsiz depressiya, hər şeydən şübhələnmə, ağlağanlıq, əhəmiyyətsiz şeylərə görə narahat olmaq, həyacan keçirmək.

Xəstəlik inkişaf etdikcə insanda hərəkət koordinasiyasının pozulması, vaxtaşırı olaraq baş və ya ətrafların əsməsi (xüsusilə həyacan zamanı) kimi simptomlar əmələ gəlir.

Aterosklerozun ilk simptomlarında həkimə müraciət etmək lazımdır. Ateroskleroz tam müalicə olunmasa da onu gedişatını xeyli ləngitmək mümkündür. Bunun üçün artıq çəkidən azad olmaq, qanda şəkərə və arterial təzyiqə daim nəzarət etmək və onları normada saxlamaq, xüsusi bədən tərbiyəsi ilə məşğul olmaq, sağlam qidalanmaq lazımdır. Lazım olduqda həkim xolesterinin səviyyəsini aşağı salan dərmanları təyin edə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.