COVID-19-dan qorunmaq üçün…

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının artması gözlənilən idi. Mövcud vəziyyətin yazın ilk aylarında da davam etməsi qaçılmazdır. Yoluxma sayı hətta 5 rəqəmli olsa belə, xüsusi narahatlığa əsas yoxdur. Bu hal fəsli patogen virusların nisbi “aqressivləşməsidir”. Bunun COVID-19 və onun “omikron” ştamı ilə birbaşa bağlılığı olmasa da, təbii qanunauyğunluğa görə, məlum zaman və məkan daxilində bütün xəstələnmə və ölüm halları dominant infeksiya ilə müəyyən dərəcədə əlaqəli olur. Nəzərə almaq lazımdır ki, hər kəs il ərzində 2-3, bütün ömrü boyu isə 200-220 dəfə müxtəlif viral infeksiyalara yoluxa bilər. Həmin statistik artım yalnız makro və mikroorqanizmlərin birgə yaşam qanunlarına süni müdaxilə halında pozulur. Burada qeyri-müəyyən heç nə yoxdur. Məsələn, əvvəllər adi soyuqlama kimi dəyərləndirilən hal, hazırda 1/4 nisbətində “omikron” ştamı kimi təsdiqlənir. Bu, SARS-CoV-2 virusunun fəsli infeksiyaya çevriləcəyini göstərir. İstənilən halda, virus infeksiyaların hazırda müşahidə olunan kəskin artımına görə qorxuya düşmək əsassızdır.

Orqanik.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor bildirib ki, müxtəlif mutant variantları olan koronavirusun yuxarı tənəffüs yollarında tək patogen deyil, həm də şərti-patogen ştamları olduğuna görə, hazırda adi soyuqlamada belə “omikron” ştamı ön plandadır: “Yoluxma PZR testi ilə təsdiq olunsa belə, qorxuya düşmək, spesifik antiviral preparatlar qəbul etmək, eləcə də rentgen və ya Kompüter Tomoqrafiya müayinəsindən keçmək lazım deyil. Bu gün kütləviləşən sindromlar: boğazda ağrı, burunda tutqunluq, kəskin öskürək və temperaturun yüksəlməsi ilə müşayiət edilən həmin klinik vəziyyətin aktiv davametmə müddəti 5-7 gündür. Bundan sonra, öskürək və burunun axması kimi əlamətlər bir müddət saxlanıla da bilər. Sevindirici haldır ki, bəzi xəstələr nəzərə alınmazsa, təbii və ya vaksinasiya nəticəsində immunitet qazananlarda virus aşağı tənəffüs yollarında nisbi inaktivdir. Ona görə də infeksiyanın xüsusilə “omikron” ştamının aşağı tənəffüs yollarına transformasiyası, yəni atipik pnevmoniyanın inkişafı ehtimalı minimumdur. Pnevmoniya kimi ağırlaşma halı uşaqlarda ümumiyyətlə müşahidə edilmir. Bütün hallarda COVID-19-dan qorunmaq üçün peyvəndlənmək ən vacib şərtdir. Hətta iki doza almış vətəndaşlar 5-6 ay sonra mütləq “buster” doza ilə peyvəndlənməlidirlər. Həmçinin vətəndaşlar gigiyenik qaydalara da diqqət etməli, qapalı məkanlarda tibbi maska taxmalı, sosial məsafəni qorumalıdırlar”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.