Alimlər II tip diabet xəstəliyinin səbəbinin düzgün qidalanmamaqdan qaynaqlandığını bildirirlər.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, alimlər 1990-cı ildən 2018-ci ilə qədər 184 ölkədən olan məlumatları təhlil ediblər. Mütəxəssislər II tip şəkərli diabetin inkişafına təsir edən 11 pəhriz faktorunu nəzərdən keçiriblər. Tərkibi taxıl olan qidaların qeyri-kafi istehlakı, təmizlənmiş düyü və buğdanın həddindən artıq istehlakı, emal olunmuş ətin həddindən artıq istehlakı II tip şəkərli diabet riskini artırır.
Dünyada diabetin yaranmasının əsas səbəbi istehlak edilən karbohidratların keyfiyyətsizliyidir.
Bundan əlavə, Latın Amerikasında, xüsusən Kolumbiya və Meksikada həddindən artıq insanda diabet xəstəliyi aşkar edilib, bu da şəkərli içkilərin, emal edilmiş ətlərin və aşağı taxılların istehlakından qaynaqlanır.
Orqanik.az