Minnesot Universitetinin alimləri araşdırıblar ki, “Günəş vitamini” insanı arıqladır və çəkini tənzimləyir.
Orqanik.az Axşam.az-a istinadən bildirir ki, alimlər təcrübə keçiriblər. Təcrübədə iştirak edən və artıq çəkidən əziyyət çəkən 38 adama 11 həftəlik azkalorili pəhriz təyin olunub. İştirakçılar arasında bədənində D vitamini yüksək olanlar daha çox çəki ata biliblər.
Həkim Şalamar Sibli qeyd edib ki, gələcəkdə arıqlamaq arzusunda olan insanların pəhrizinə D vitamini əlavə olunacaq. D vitaminini qəbul etməyin əsl ərəfəsi məhz yay aylarıdır. Elə ona görə də gündə qaralmaqla da istədiyiniz çəkini zövqlə əldə edə bilərsiniz.
Orqanik.az