Arıqlamaq üçün hər dəfə fərqli pəhrizə müraciət edən milyonlarla insan var. Halbuki hər dövrün pəhrizləri bir-birindən fərqlidir. Ancaq araşdırmalar arıqlamaq üçün ən vacib meyarın insanın əməl edə biləcəyi formulun tətbiqi olduğunu söyləyir.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, dietoloq Səlahhətin Dönməz bildirib ki, ən yaxşı pəhriz insanın əməl edə biləcəyi pəhrizdir.
Onun sözlərinə görə, qidanın kalori dəyərinin hesablanması insanın qidalanma davranışında dəyişikliyə kömək etmir:
“Əksinə həmin qidalar sizing orqanizminiz üçün zərərli ola bilər. Məsələn, bir ovuc lobya böyük bir ovuc fındıqdan daha az kaloriyə malikdir. Bununla belə, qoz-fındıq sağlam yağlar, pəhriz lifləri, bitki zülalları, vitaminlər və minerallarla zəngin olsa da, lobya sizə qida dəyəri olmayan boş kalorilər verir. Lobyanı yedikdən sonra qan şəkəri sürətlə yüksəlir, fındıq isə qan şəkərini artırmır və ani aclıq hissinin qarşısını alır”.
Orqanik.az