Həm ömür uzadan, həm də sağlam şəkildə arıqladan “Aralıq dənizi” pəhrizi barədə ötən gün məlumat vermişdik.
Bu, həkim və dietoloqların ən çox bəyəndiyi pəhrizlərdən biridir. Bu pəhrizi saxladıqdan əvvəl mütləq həkimlə məsləhətləşin ki, səhhətinizə zərər yetirilməsin.
Orqanik.az lent.az-a istinadən 5 günlük “Aralıq dənizi” pəhrizinin bir variantını təqdim edir.
1-ci GÜN
Səhər yeməyi
1 ədəd kivi və ½ banan 3 xörək qaşığı yulaf yarması ilə qarışdırılır. Üzərinə 100 qram yağsız xama əlavə edilir və yenidən yaxşı qarışdırılır.
İkinci səhər yeməyi
½ banan əzilir və 100 qram yağsız yoqurt ilə qarışdırılır.
Nahar
50 qram kartof, 50 qram yunan qabağı, 50 qram badımcan, 50 qram qabığı soyulmuş pomidor, ½ xırda doğranılmış soğan buğda bişirilir. Üzərinə doğranılmış keşniş və 1/2 xörək qaşığı zeytun yağı əlavə olunur.
İkinci nahar
1 alma və 1 kivi doğranılır, üzərinə bir qədər limon şirəsi sıxılır və şəkər əvəzedicisi (diabet xəstələri üçün nəzərdə tutulmuş) ələvə olunur.
Şam yeməyi
100 qram bişmiş balıq + 100 qram tərəvəz salatı (pomidor, xiyar, zeytun, göyərti).
2-ci GÜN
Səhər yeməyi
50 qram çörək + 50 qram mosarella pendiri (və ya digər yağlılığı az olan pendir) + 1 dənə pomidor.
İkinci səhər yeməyi
100 qram yağı az olan yoqurt.
Nahar
100 qram buğda bişirilmiş quzu əti + 50 qram bişmiş düyü + tərəvəz salatı (1 bolqar bibəri, 1 pomidor, kahı,keşniş, reyhan, bir qədər zeytun yağı) + 50 qram çörək.
İkinci nahar
1/2 qreypfrut, 1 alma, 1 armud doğranılır və qarışdırılır. Üzərinə xırda doğranılmış qoz və şəkər əvəzedicisi (zövgə görə) ələvə olunur.
Şam yeməyi
1 xiyar, 1 pomidor, 1 bibər, 4-5 marinada qoyulmuş zeytun, göyərti doğranılır. Üzərinə 50 qram xırdalanmış pendir və bir qədər zeytun yağı ələvə olunur. 50 qram çörək yemək olar (istəyə görə).
3-cü GÜN
Səhər yeməyi
50 qram çörək + 40 qram yağı az olan vetçina.
İkinci səhər yeməyi
100 qram ananas, 1 alma, ½ banan doğranılır və qarışdırılır.
Nahar
50 qram bolqar bibəri + 50 qram yaşıl lobya + 50 qram badımcan + 50 qram pomidor + 50 qram gül kələmi doğranılır və buğda bişirilir. ½ soğan və 1 diş sarımsaq 1 stol qaşığı zeytun yağında bir qədər qızardılır və tərəvəzlərin üzərinə əlavə olunur. 30 qram makaron bişirilir və tərəvəzlə birgə yeyilir.
İkinci nahar
50 qram yağı az olan kəsmik + 50 qram xama qarışdırılır. Üzərinə 1 çay qaşığı bal əlavə olunur.
Şam yeməyi
100 qram balıq + tərəvəz salatı + 50 qram çörək.
4-cü GÜN
Səhər yeməyi
1 yumurta + 50 qram çörək.
İkinci yemək
100 qram yağı az olan yoqurt.
Nahar
Toyuğun sinə əti (100 qram) + 30 qram bişmiş makaron + tərəvəz salatı (pomidor + kahı + xiyar + kələm + göyərti).
İkinci nahar
50 qram çörək + 40 qram yağı az olan pendir.
Şam yeməyi
1 pomidor + 6 dənə qırmızı turp + 1 dənə bolqar bibəri + 1 xiyar + 5 dənə marinada qoyulmuş zeytun + ½ soğan + keşniş və reyhan doğranılır. Üzərinə 1 stol qaşığı zeytun yağı əlavə olunur. Salat 50 qram çörək ilə yeyilir.
5-ci GÜN
Səhər yeməyi
Yulaf yarması sıyığının üzərinə bir qədər kişmiş və doğranıl mış ərik qurusu əlavə olunur.
İkinci səhər yeməyi
1 pomidor + 30 qram pendir doğranılır. Üzərinə doğranmış reyhan və 1 çay qaşığı zeytun yağı əlavə olunur. Salat 50 qram çörəklə yeyilir.
Nahar
100 qram balıq buğda bişirilir, üzərinə limon şirəsi və göyərti əlavə olunur. 20 qram düyü bişirilir və balıqla yeyilir.
İkinci nahar
1 portağal, 1 kivi, 1 alma, bir qədər qoz doğranılır, üzərinə 2 xörək qaşığı yoqurt əlavə olunur.
Şam yeməyi
1 pomidor + 1 badımcan + 1 bibər + ½ soğan + 1 kartof doğranılır, buğda bişirilir və üzərinə ½ çay qaşığı zeytun yağı və doğranılmış göyərti əlavə olunur.
QEYD: Bundan ələvə gün ərzində 6-8 stəkan təmiz su içmək lazımdır. Əgər bu pəhriz xoşunuza gələrsə onu hətta 1-2 ay ərzində davam edə bilərsiniz.
Orqanik.az