Yanmış saçlarınızı belə CANLANDIRIN

Məşhur bərbərlər boz saçları yaxşılaşdırmağın yollarını açıqlayıblar.

Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu növ saç xüsusi qayğı tələb edir.

Nəmləndirən məhsullardan istifadəni diqqətə çəkən stilist Qreqori Patterson qeyd edib ki, boz saçlar nəm saxlamaq qabiliyyətini itirməyə meyllidir, çünki yaşlandıqca saç follikülü daha az sebum istehsal edir.

Eyni zamanda, “Aveda” kosmetik markasının brendinin sözcüsü Deville həftədə bir dəfə rəng düzəldən şampundan istifadə etməyi tövsiyə edib. Mütəxəssis bildirib ki, isti su və günəş radiasiyası boz saçları tutqun edir.

Bundan əlavə, Patterson oxucuların diqqətini baş dərisinə qulluq məsələsinə cəlb edib. Beləliklə, o qeyd edib ki, saçların parıltısı üçün skrab və yağlardan istifadə etmək lazımdır. İkinci məhsulu hər gün birbaşa baş dərisinə sürtməklə tətbiq etmək olar.

Digər məsələlərlə yanaşı, saçların həddindən artıq yuyulmasının təhlükələrini də xatırladıb.

“Saçlarımızın baş dərisinin istehsal etdiyi təbii yağlara ehtiyacı var” dedi və bu prosesi həftədə bir və ya iki dəfə etməyi təklif edib.

Öz növbəsində Cersidəki “Love Lane” gözəllik salonunun sahibi Kristina Makkaro daraqları və saç alətlərini kirdən təmizləmək zərurəti barədə xəbərdarlıq edib. “Şampunla fırçalarınızdakı bütün tükləri çıxarın və quruması üçün dəsmala qoyun. İsti alətləri spirtlə təmizləyin”, – o, vurğulayıb.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.