Dişlərimizə qulluq zamanı etdiyimiz SƏHVLƏR

Bəzi insanlar dişlərini gündə 2 dəfə fırçalasalar, dişlərinə yaxşı qulluq etsələr də tez-tez stomatoloqun müayinəsi getməli olurlar. Borovskiy adına Stomatologiya İnstitutunun (Rusiya) həkimi İrina Makeeva bildirir ki, bunun səbəblərindən biri insanların dişlərə qulluq edərkən buraxdıqları səhvlərdir.

Orqanik.az bildirir ki, həkimin sözlərinə görə, turş meyvələrin (sitrus meyvələri, turş alma, kivi, ananas və s.) qəbulundan dərhal sonra dişləri, xüsusilə də cod fırça ilə fırçalamaq olmaz ki, bunun nəticəsində emal qatı ciddi zədələnə bilər. Əvvəl dişləri adi su ilə yaxalamaq, sonra bir müddət gözləmək və yalnız bundan sonra dişləri fırçalamaq lazımdır.

Həkim bildirib ki, dişlərə ziyan vuran digər səhvlərimiz arasında:

– dişləri gündə 1 dəfə fırçalamaq. Bunu gündə 2 dəfə etmək lazımdır.  

– diş fırçasını vaxtında yenisi ilə əvəz etməmək (bunu 3 aydan bir etmək lazımdır).

– dişləri fırçalayanda çox bərk sürtmək

– tum çıtlamaq, karamel, hər hansı çox bərk qidaları yemək və s. Bunun nəticəsində emalın üzərində mikroçatlar əmələ gəlir ki, bu daha sonra kariesin inkişafına səbəb olur.  

– az su içmək. Bunun nəticəsində ağız suyunun ifrazı azalır. Ağız suyu isə ağız boşluğuna antiseptik təsir edir, mikrobları öldürür.

– əsasən yumşaq yeməkləri, emal olunmuş qidaları yemək. Bu diş və damaqları zəiflədir. Çeynəmə prosesi diş və damaqlar üçün bir növ idman rolunu oynayır. İnsanlar təzə meyvə, tərəvəz, göyərti, bişmiş ət kimi qidaları yeməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.