Arıqlamaq üçün bir çox bitki çayı reseptləri mövcuddur.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, xanımlar çayları seçərkən daha çox təbii komponentlərdən ibarət olanlara üstünlük verməlidirlər. Bunun üçün ən yaxşı üsul evdə hazırlamaqdır.
Sizə təqdim edəcəyimiz sarımsaq çayı ilə sağlam çəki atmaq mümkündür.
Sarımsağın faydaları saymaqla bitmir, ancaq təəssüf ki, xoş olmayan qoxusuna görə sevilmir. Lakin bu tərəvəz çayın tərkibində istifadə edildikdə heç bir qoxusu qalmır.
Çayın tərkibi:
– 2 stəkan su
– 3 diş təzə sarımsaq
– 2 çay qaşığı bal
– 1 ədəd limon suyu
Hazırlanma qaydası:
Bir qaba 2 stəkan suyu tökün, 3 diş sarımsağı əzin və suyun içərisinə atın. Suyu ocağın üzərinə qoyub qaynadın. Su qaynadıqda ocağı söndürüb bal və limon suyunu da əlavə edin. Soyudub, süzün. Gündə 3 dəfə ilıq halda yarım stəkan için.
Orqanik.az