Qanqren

Qanqren (yun. gangraina) – toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarığın trombozu, ateroskleroz, endarteriit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki (yanıq, donma), kimyəvi (qatı turşu və qələvilərin təsirindən), şüa və s. amillərin təsiri nəticəsində baş verir.

Növləri
Qanqrenin 3 növü var: quru, yaş və qazlı qanqren.

Quru qanqren
Toxumalara qan axını birdən kəsildikdə və toxumalar quruduqda başlayır. Çürümüş toxuma bərkiyir, büzüşür, toxuma zülallarının laxtalanması, qan piqmentlərinin parçalanması nəticəsində tünd-qəhvəyi, yaxud qara rəng alır. Qan axını dayanan zonada şiddətli ağrı olur. Qanqren olan yer soyuyur, dərinin həssaslığı və nəbz itir. Toxumalar kənarlardan mərkəzə doğru ölgünləşir. Bədənin qanqrenli yerinin funksiyası pozulur. Bir müddətdən sonra, ölgün hissə ilə sağlam toxuma sərhədində reaktiv iltihab başlayır və ölgün hissənin qopması ilə nəticələnir. Daxili orqanların aseptik nekrozunda ölgün sahə tədricən yox olur, yerində sist əmələ gəlir.

Yaş qanqren
Yaş qanqrendə zədəli sahə boz-qonur rəng alır, toxumalar şişir, həcmi böyüyür. Adətən, yumşaq kütləyə çevrilir və çürüntü iyi verir, getdikcə çürüyür. Ölgün toxumalar bədəndən ayrılır. Orqanizm zəif olduqda çürümə məhsulları qana keçib sepsislə nəticələnir (bu, şəkər diabetində daha çox təsadüf edilir). Yaş anqrendə zədəli toxumaların üst qatının həssaslığı itir, dəridə ağrı olur. Temperetur yüksəlir.

Müalicəsi
Qanqreni törədə bilən səbəbləri aradan qaldırmaq, qan köçurmək, antibiotik vurmaq. Bunlar müsbət nəticə vermədikdə cərrahi əməliyyat.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.